Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mustafa Şentop: "Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həllində maraqlı deyildilər"
Mustafa Şentop: "Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həllində maraqlı deyildilər"

Qarabağ münaqişəsində vasitəçilər, xüsusən də Minsk Qrupunun həmsədr ölkələri, məsələnin həllində maraqlı deyildilər.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O qeyd edib ki, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını özü azad edib.

Şentop, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini şərh edərək, bunun bölgədəki sülhə heç bir töhfə verməyəcəyini vurğulayıb.

“Pelosi harada qan axan yer varsa, oraya gedir. Lakin müharibənin bitməsindən sonra icra edilməli məsələlər var. Məsələn, Zəngəzur dəhlizinin açılması. Bununla da Azərbaycanla Naxçıvan və Türkiyə, həmçinin bütün Mərkəzi Asiya ölkələri bir birinə bağlanacaq. Bu çox vacib addımdır”, - deyə o bildirib.

Türkiyə parlamentinin sədri əlavə edib ki, 44-günlük müharibə Ermənistan bu münaqişəni sadəcə iki ölkənin problemi halından bütün bölgəni təhdid edən məsələyə çevirmişdir: “Buna baxmayaraq biz yenə də bölgədə sülhü və sabitliyi dəstəkləyirik. Həm Ermənistan və Azərbaycan, həm də Ermənistan və Türkiyə arasında müsbət addımlar atıla bilər”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »