Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkili Saakaşvilinin səhhətinin pisləşdiyini bildirib
Vəkili Saakaşvilinin səhhətinin pisləşdiyini bildirib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi növbəti dəfə təxirə salınıb.

Apa xəbər verir ki, M. Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi işi üzrə məhkəməsi onun səhhətində problemlər olması əsas gətirilərək təxirə salınıb.

Sabiq Prezidentin vəkili Şota Tutberidze bildirib ki, M. Saakaşvilinin səhhəti o dərəcədə pisləşib ki, həkimlər diaqnoz qoymaqda çətinlik çəkirlər.

Qeyd edək ki, Gürcüstanın həbsdə olan üçüncü Prezidenti M. Saakaşvili ötən il sentyabrın sonunda qanunsuz yollarla Gürcüstana qayıdıb. O, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. Sabiq Prezident, həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır.

Son xəbərlər
Bütün xəbərlər »