Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan etibarlı və müstəqil xarici siyasətə malik tərəfdaş kimi tanınır"
"Azərbaycan etibarlı və müstəqil xarici siyasətə malik tərəfdaş kimi tanınır"

"Azərbaycan müstəqillik əldə etdikdən sonra başlıca istiqamət məhz dünya birliyinə inteqrasiya istiqaməti oldu. Eyni zamanda müstəqilliiynin ilk illərində havadarlarının dəstəyi ilə, Ermənistanın işğalçılıq fəaliyəti və bu işğalçılığı nəticəsində torpaqlarımıızn böyük hissəsinin Ermənistan tərəfindən, erməni terrorçuları tərəfindən işğal olunması və bu işğal faktının dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması ilə bağlı idi".

Bu barədə Bizimyol.info xəbər portalına danışan tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, xüsusilə 1994-1995-ci ildən başlayaraq, diplomatik mübarizə ilə biz beynəlxalq səviyyədə Azərbaycanın haqq mübarizəsinin çatdırılması və bu istiqamətdə qəbul olunmuş bir sıra qərarların, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsini xarici siyasətimizin başlıca prioritet istiqaməti kimi müəyyənləşdirdik. Bununla bağlı əsas hədəf ulu öndərimizin də qeyd etdiyi kimi əsas hədəflərimiz Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi idi. Ulu öndər tərəfindən əsası qoyulan və bu günə kimi uğurla davam etdirilən, heç bir hərbi-siyasi bloka qoşulmama siyasəti Azərbaycanın bu günkü yüksək beynəlxalq istiqamətinin əldə olunmasında başlıca, şərtlərdən birini təmin etmiş oldu.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Xüsusilə də regionda Cənubi Qafqazda ciddi maraqları toqquşan Rusiya və Qərb qüvvələri arasında balanslı siyasətin təmin edilməsi, tərəflərdən hərhansı birinin mövqeyinə üstünlüyün verilməməsi, Azərbaycanı etibarlı və müstəqil xarici siyasətə malik tərəfdaş kimi tanıtdı. Eyni zamanda Azərbaycanın üzləşdiyi ərazi işğalı faktı və dövlət müstəqilliyimizin davamlılığının təmin edilməsi ilə bağlı beynəlxalq və regional təşkilatlarla da, qarşılıqlı inam və etibara əsaslanan siyasət qurmağa başladı. Bunun nəticəsidir ki, qısa müddət ərzində Azərbaycan dünyanın əksər regional və beynəlxalq təşkilatlarının bərabər hüquqlu üzvünə və müşahidəçi qismində iştirakçısına çevrildi. Həmin təşkilatların Azərbaycanla bağlı, Cənubi Qafqazla bağlı Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı bir çox obyektiv qərarların qəbulu ilə bağlı verilməsinə nail olundu” - deyə Anar Əliyev bildirib. Onun sözlərinə görə, Avropa Birliyi, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı eyni zamanda MDB və digər bir çox təşkilatlarda Azərbaycanın haqq səsinə dəstək olan qərarların qəbul olunmasına nail olundu. Amma Azərbaycan hər zaman bəyan edib, bu gün də bəyan edir ki, heç bir halda beynəlxalq hüququn prinsiplərinə zidd olan və ərazilərimizdə hərhansı bir hərbi birliyin silahlı birləşmələrinin yerləşməsinə istiqmaətlənmiş siyasət yürütməyəcəyik. Eyni zamanda Azərbaycan davamlı şəkildə öz ərazilərində hansısa üçüncü dövlətə qarşı istifadə olunmasına- plastarıma çevrilməsinə icazə verməyib.

“Mən xüsusilə Qərb qüvvələri tərəfindən - Amerika başda olmaqla, Qərbi Avropa müttəfiqləri tərəfindən cənub qonşumuz İrana və şimal qonşumuz Rusiyaya qarşı zaman-zaman tətbiq edilən müxtəlif istiqamətli sanksiyaları və müəyyən dövrlərdə çox kəskin şəkildə aktuallaşan açıq müharibə faktlarını qeyd etmək istəyirəm ki, həmin gərgin dövrlərdə belə Azərbaycan öz ərazilərimizdən qonşularına qarşı istifadə olunmasına birmənalı şəkildə icazə verməyibdir. Bu, Azərbaycan dövlətinin beynəlxalq imicinin və nüfuzunun güclənməsində çox ciddi faktorlarlardan birinə çevrilibdir.

Eyni zamanda Azərbaycan beynəlxalq, regional təşkilatlarda hər zaman haqqın yanında olduğunu, hər zaman təzyiqlərə məruz qalanın yanında olduğunu nümayiş etdiribdir” - deyən politoloq bildirib ki, bir çox hallarda dünyanın müxtəlif bölgələrində haqsızlıqla üzləşən dövlətlərin maraqlarının təmin olunması, hüquqlarının təmin olunması istiqamətində qərarların qəbul edilməsində aktiv iştirakçı olub. Onun sözlərinə görə, eyni zamanda Azərbaycan həm də, geniş karbohidrogen ehtiyatlarına malik bir dövlətdir. Xüsusilə son illər Avropanın enerji təhlükəsizliyində çox ühim rol alan tərəflərdən birinə çevrilibdir.

“Məhz Azərbaycanın təşəbbüsü və ciddi maliyyə dəstəyi ilə prezident İlham Əliyevin birbaşa şəxsi iradəsi hesabına reallaşan TANAP və TAP layihələri, Cənub Qaz layihəsi, Bakı-Tbilisi-Ceyhan layihəsi vasitəsilə Azərbaycanın neft-qaz məhsulları dünya bazarına çıxarıldı. Bununla da Azərbaycan özünün enerji məhsulları satışı siyasətini diverfikasiya etməklə yanaşı həm də, Avropanın enerji təhlükəsizliyində də mühim enrji tərəfdaşlarından birinə çevrilmiş oldu. Bu faktlar Azrbaycanıln dünya səviyyəsində Avropa ölkələri sırasında etibarlə və güçlü tərəfdaşlardan birinə çevrilmsinə gətirib çıxardı” - deyə Anar Əliyev vurğulayıb.

Politoloq bildirib ki, 2020 -ci ildə Azərbaycan Vətən müharibəsi ilə əldə etdiyi çox böyük tarixi qələbədən sonra regionumuzdan keçən bir çox layihələrin, məhz əsas mərkəzlərindən birinə çevrildiyini qeyd etmək istəyirəm. Xüsusilə loqistik layihələr baxımından Azərbaycanın rolü durmadan artmaqdadır. Azərbaycan şərq-qərb və şimal -cənub dəhlizlərinin əsas ötürücü qüvvəsinə çevrilib. 10 noyabr 2020-ci il bəyanatında öz əksini tapan Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanln bu istiqmaətdə nüfuzu daha da artacaq və genişlənəcək: “Bütün bunlar, həyata keçirilən uğurlu siyasət, beynəlxalq münaisbətlərin bərabər hüquqlu üzvünə çevrilmək istiqamətində ardıcıl fəaliyyət onu deməyə əsas verir ki, Azərbaycan prezindetinin rəhbərliyi altında Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət öz əhəmiyyətli ciddi bəhrəsini veribdir”.

Anar Əliyevin fikrincə, bu bəhrə Azərbaycanın ərazi bütövlüyünün dövlət suverenliyinin, sərhəd bütövlüyünün təmin olunmasında Azərbaycanın sürətli sosial, siyasi və iqtisadi inkişafında və Azərbaycanın bütün dünya dövlətləri tərəfindən etibarlı və güçlü dövlət kimi qəbul olunmasında əks olunur. Bütün bunlar Azərbaycanın dövlət müstəqilliyimizin qısa tarixi dövrü ərzində uğurlu fəaliyyətinin böyük nəticələri kimi qiymətləndirilə bilər.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »