Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Konnekt” QSC ilə Türkiyənin “DigiTürk beIN Media Group” şirkəti güclərini birləşdirir
“Konnekt” QSC ilə Türkiyənin “DigiTürk beIN Media Group” şirkəti güclərini birləşdirir

Bu gün “Baku Marriot Hotel Boulevard” otelinin binasında “Konnekt” QSC ilə Türkiyənin “DigiTürk beIN Media Group” şirkətinin əməkdaşlığına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda "Konnekt" QSC-nin Satış və Marketinq Şöbəsinin müdiri Elnur Ağakişiyev, “DigiTürk” Marketinq və Satış qrupunun rəhbəri Erem Demircan və “Konnekt” QSC-nin rəhbəri Rəşad Namazov iştirak edib, jurnalistlərin suallarını cavablandırıblar.

Bizimyol.info xəbər verir ki, konfrans hər iki ölkənin dövlət himninin səsləndirilməsindən və ardınca Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutdan sonra açıq elan edilib. Konfransın aparıcısı Vüsalə Səid və tədbirdə iştirak edən media nümayəndələri hər iki şirkətin nümayəndələrinə müxtəlif suallar ünvanlayıblar.

Açılış nitqindən sonra “DigiTürk beIN Media Group” şirkətinin yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışan “DigiTürk” Marketinq və Satış qrupunun rəhbəri Erem Demircan bildirib ki, “beIN Media Group” şirkəti “DigiTürk”ü 2016-cı ilin avqust ayında satın alıb və həmin gündən etibarən “DigiTürk”, adı çəkilən media qurumunun bir parçasına çevrilib:

“DigiTürk” bir ABŞ və Kanada başda olmaqla, həmçinin bir çox Avropa ölkələrində də aktiv fəaliyyət göstərir. “beIN Media Group” Fransa, İngiltərə, İspaniya və bu kimi ölkələrdə tanınır və faliyyətini davam etdirir. Biz eyni zamanda Orta Şərq ölkələri ilə də çalışırıq. Həmçinin, Orta Asiya ölkələrində də şirkətimiz fəaliyyət göstərir. Türkiyə, Afrika ölkələri də daxil olmaqla, Orta Asiya, eyni zamanda İndoneziyadan Avustraliyaya qədər bir çox coğrafiyalarda şirkət öz fəaliyyətini davam etdirir. Həmçinin, şirkətimizin internet üzərindən yayımlarını izləyən altı milyona yaxın müştərimiz var. İzləyicilərimizin böyük bir qismi Almaniyadadır. Bildiyiniz kimi, Almaniyada dörd milyona yaxın türkiyəli yaşayır və onların böyük bir qismi “DigiTürk” izləyir. Ancaq bizim üçün ən önəmli, eyni zamanda istədiyimiz performansı ala bilmədiyimiz yer Azərbaycandır ki, artıq burada da yerli “Konnekt” şirkəti ilə əməkdaşlıq etməkdən fəxr hissi keçiririk. Düşünürəm ki, “Konnekt”lə olan əməkdaşlığımız bizə bölgədə istədiyimiz performansı, inkişafı göstərə biləcək. Bunun üçün “Konnekt” şirkəti rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Aparıcı Vüsalə Səidin ““Digitürk” Azərbaycanda yalnız bir şirkətlə əməkdaşlıq edəcək?” sualına cavab verən Erem Demircan həmçinin qeyd edib ki, yalnız bir şirkətlə əməşdaşlıq imzalanıb: “Bildiyiniz kimi bu, ekskluziv bir anlaşmadır və yalnız bir şirkət üçün keçərlidir”.

  • Şirkətlər arasında rəqabəti artırmaq üçün hansısa kampaniyalar nəzərdə tutulacaqmı? Məsələn, bir illik ödəniş edənlər üçün hansı güzəştlər oluna bilər?

Sualla bağlı Rəşad Namazov bildirib ki, müştərilər üçün 3, 6 və 12 aylıq ödəmələr mövcuddur:

“Biz daha çox kafe, restoran, otel və bu kimi izləyici sayı çox olan məkanlarla işbirliyinə üstünlük verməyə çalışırıq və bunun üçün də müəyyən kampaniyalara start vermişik. Eyni zamanda, təbii ki, daha çox ödəniş etdikdə daha çox üstünlük əldə edirsiniz. Biz bu paketləri müxtəlif yerlər üçün artıq əlçatan etmişik”.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 4K yayımını ilk dəfə həyata keçirən məhz "Konnekt" şirkətidir. "Konnekt" QSC ölkə xaricində də uğurlu layihələrə imza atıb. Belə ki, Nigeriyada və Benində rəqəmsal televiziya keçid prosesini həyata keçirib. Həmçinin, Qırğızıstanda kabel operatorunun baş stansiyasının və şəbəkəsinin qurulması prosesini həyata keçirib. Bundan əlavə, "Konnekt" QSC Ağıllı ev texnologiyaları və alternativ enerji sahəsində də fəaliyyət göstərir.

"Konnekt" QSC öz fəaliyyətində müştəri məmnuniyyəti, keyfiyyətli xidmət və servis, daim yeni texnologiyaların tətbiqi prinsiplərini rəhbər tutur. Daha bir yenilik edərək, "Konnekt" QSC Türkiyənin rəqəmsal televiziya yayım platformasında liderlik edən "Digitürk beIN Media Group" ilə əməkdaşlığa başlayaraq, beIN Sports Superlig futbol oyunlarının və "DigiTürk" platformasında yayımlanan kanalların Azərbaycan ərazisində yayımlanmasını təmin edir. Artıq respublikamızın istənilən bölgəsindən istər hüquqi, istərsə də fərqli ünvanlara yüksək keyfiyyətli "DigiTürk-Konnekt TV" HD rəqəmsal yayım paketlərini sifariş etmək mümkündür.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »