Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"3-cü dünya müharibəsi ABŞ və Çin arasında ola bilər"
"3-cü dünya müharibəsi ABŞ və Çin arasında ola bilər"

Dünya İkinci Dünya Müharibəsindən sonra 2-3 dəfə dünya müharibəsinin astanasından döndü. Məsələn, Kuba böhranı deyilən bir dönəm vardı. Böyük imperialsit dövlətlər İkinci Dünya müharibəsindən sonra cəbhədə qarşı-qarşıya gəlmədilər. Böyük imprerialist dövlətlər deyilən zaman Sovet İttifaqı və ABŞ nəzərdə tutulur. Bunlar hər zaman bir mübarizə içində oldular, amma birbaşa öz sərhədləri daxilində öz cəbhələrində müharibə aparmadılar.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, hazırda böyük ölçüdə olmasa da, Üçüncü Dünya Müharibəsi başlayıb, gedir. Yəni dünya müharibəsinin ayaq səsləri eşidilir, hazırlıqlar görülür və inkişaf edir.

Yücel Karauz Yücel Karauz

Karauzun fikrincə, indiki müharibə Birinci və İkinci dünya müharibəsində olduğu kimi ölkələrin bir-birinə müharibə elan edilməsi ilə həyata keçirilən bir müharibə deyil.

“Gözlə görülən cəbhələr var və rəqabət var. ABŞ -ın dünyada mövcud olan hadisələrdən sonra, 1991-ci ildən sonra meydana çıxan hadisələr içində özü üçün hədəf seçdiyi ölkələr var. Bunlardan qısamüddətlisi Rusiya, sonrakı hədəf isə Çindir. Bir dünya müharibəsi ABŞ-Rusiya müharibəsindən sonra Çin və ABŞ-da olmalıdır. Çinlə Amerika müharibəsi Orta Asiyadamı olar, yoxsa Çinlə Amerika öz sahillərindəmi müharibə aparar. Bu, müəmmalı bir mövzudur. Başlayan Üçüncü Dünya Müharibəsi üçün sadəcə Ukrayna cəbhəsi yetərli deyil. Müharibələr əsgərlərlə həyata keçirilir. Əsgərlər də havadan, sudan, hava şərtlərindən təsirlənən insanlardır. Qarşıdan qış gəlir. Bu səbəbdən də Rusiya-Ukrayna müharibəsində hərbi mənada çox böyük bir irəliləmə qeydə almaq, böyük cəbhəli hücum və müdafiələrin olması mümkün deyil. Fəqət uzun topçu atışları ilə, orta-balistik raketlərlə bu müharibə bu qı boyu davam edəcək”,- deyə Yücel Karauz qeyd edib. Onun sözlərinə görə, Üçüncü Dünya Müharibəsi üçün Ukrayna cəbhəsi yetərli deyil, bunun üçün Qafqaz cəbhəsi də açılmalıdır. Amerika onun hazırlığı ilə məşğuldur. Bununla yanaşı bir Balkan cəbhəsi açılmalıdır. Buna da Amerika və Rusiya hazırlaşır. Üçüncü Dünya Müharibəsinin başlaması üçün bu cəbhələrdə də bir hərəkətlilik olmalıdır.

“Hətta Türkiyə-Yunanıstan müharibəsi, Türkiyə-Yunanıstan cəbhəsində meydana gələ biləcək hadisələr də Üçüncü Dünya Müharibəsinə hazırlıqları içində sayıla bilər. Üüçüncü Dünya müharibəsi hazırda az sürətlə Dünya müharibəsi əhatəsində davam edir. Müharibə isə, Rusiya və Ukraynada davam edir. Bunu bitirməyə ABŞ-ın niyyəti yoxdur. Əslində Rusiya aldıqları ilə qane olaraq, müharibəni bitirmək istəyir, amma Rusiyaya aldıqlarını “yedirtməzlər”. İnsanlar müharibənin fərqli bir formasını, soyuqluq müharibəsi yaşayacaqılar. Bu gün Türkiyə Antalyadakı bütün otelər qış mövzsümü boyunca Rusiya və Ukraynadan, Avropadan gələn üşümək istəməyən insanlarla doludur. Fərqli bir metoddur. Fərqli sahələrdə bu müharibə davam edəcək” - deyən Karauz qeyd edib ki, nüvə silahlarının istifadəsi tez-tez gündəmə gətirilir. Amma o hesab edir ki, o bütün coğrafiyalara təsir edən nüvə silahı istifadə edilməcəyək.

“Ortaölçülü və kiçikçaplı silahlardan atılan nüvə silahları Rusiya tərəfindən istifadə edilə bilər. Və yaxud Ukraynadakı nüvə stansiyalarına zərər verilə bilər. Bu belə, bir ölkənin təsirlənməsi ilə nəticələnəcəkdir. Üçüncü Dünya müharibəsinin feli olaraq, başlamasına nüvə silahının istifadə edilməsi səbəb ola bilər” - deyə general vurğulayb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »