Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
Bayden İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ bu həftə Vaşinqtonun ölkədə etirazçılara qarşı zorakılıqda əli olduğu bildirilən İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin bazar ertəsi yaydığı bəyanatda deyilir.

“Mən İranda bərabər hüquqlar və insan ləyaqətinə hörmət tələb edənlərə, eləcə də qadınlar da daxil olmaqla, dinc nümayişlərə qarşı şiddətli repressiyaların güclənməsi ilə bağlı xəbərlərdən ciddi şəkildə narahatam”,- deyə Bayden bildirib.

Co Bayden Co Bayden

“Birləşmiş Ştatlar təhlükəsiz xarici platforma və xidmətlərə çıxışı artırmaq da daxil olmaqla, iranlıların internetə çıxışını asanlaşdırır. Birləşmiş Ştatlar vətəndaş cəmiyyətini sıxışdırmaq üçün zorakılıqdan istifadə etməkdə məsul olan polis müavini kimi İran rəsmilərini və təşkilatlarını ittiham edir. Bu həftə ABŞ dinc nümayişçilərə qarşı zorakılıq edənlərə qarşı yeni tədbirlər tətbiq edəcək. Biz İran rəsmilərinə təsir etməyə çalışacağıq və İran xalqının dinc etiraz etmək hüququnu dəstəkləməyə davam edəcəyik”,- deyə Bayden əlavə edib.

Sentyabrda ABŞ İranın polis rəisinin müavininə, eləcə də bir sıra məmurlara qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İranı rabitə xidmətləri ilə təmin etmək imkanlarını genişləndirən yeni ümumi lisenziya verib. ABŞ rəsmiləri bildiriblər ki, bu, etirazlar fonunda İran hakimiyyətinin internetə girişə qoyduğu məhdudiyyətlər fonunda “sərbəst informasiya mübadiləsinə və İran xalqının məlumat əldə etməsinə dəstək” məqsədilə edilib.

İranda etirazlar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayıb. Rəsmi versiyaya görə, sentyabrın 16-da kürd qızı çadranı düzgün taxmadığına görə əxlaq polisi tərəfindən saxlanılıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına və “Bəsic” milislərinin üzvlərinə hücum edib, məscidləri, hökumət binalarını, təcili yardım maşınlarını və yanacaqdoldurma məntəqələrini yandırıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »