Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Komissiyası Almaniya ilə 200 milyard avroluq yardım paketini müzakirə edir
Avropa Komissiyası Almaniya ilə 200 milyard avroluq yardım paketini müzakirə edir

Avropa İttifaqının antiinhisar siyasətinə nəzarət edən Avropa Komissiyası Almaniya ilə enerji dəstəyi paketi ilə bağlı danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, 200 milyard avro dəyərində olan “Təhlükəsizlik Sipəri” qaz qiymətlərinin azaldılması və yanacağa satış vergisinin azaldılması daxil olmaqla, şirkətləri və ev təsərrüfatlarını enerji qiymətlərində kəskin artımın təsirindən qorumaq üçün nəzərdə tutulub.

“Biz bərabər rəqabət mühitini, vahid bazarı qorumağa və zərərli subsidiya yarışlarından qaçmağa tam sadiqik. Bu məsələ ilə bağlı Almaniya rəsmiləri ilə əlaqə saxlayırıq” - deyə, Avropa Komissiyasının nümayəndəsi mətbuat konfransında deyib.

Son xəbərlər
Bütün xəbərlər »