Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyənin qlobal gücə çevrilməsi bir çox ölkələri narahat edir"
"Türkiyənin qlobal gücə çevrilməsi bir çox ölkələri narahat edir"

Türkiyə-Yunanıstan münasibətlərində 2020-ci ilin yayında yaşanan gərginlikdən sonra bu il müşahdiə edilən gərginlik bütün dünyada rezonans doğurur.

Qeyd edək ki, avqustun son günlərində Yunanıstan döyüş təyyarələri NATO missiyası üçün Aralıq dənizi səmasında uçan Amerikanın B-52 bombardmançı təyyarəsini müşayiət etmək üçün Türkiyənin F-16-larının qarşısını almağa çalışıb. Bundan dərhal sonra Egey dənizi üzərində seyr edən Türkiyə döyüş təyyarələri Krit adasında yerləşdirilən Rusiyanın S-300 hava hücumundan müdafiə sistemi ilə radarla bağlanıb. Ankara iki qalmaqalın qeydlərini NATO-ya ötürməklə Yunanıstanın artırdığı gərginliyi dünya səhnəsinə çıxardı. Ancaq görünən odur ki, bəzi ölkələr bilərəkdən Türkiyə və Yunansıtan arasında nifaqı böyütmək niyyətindədir. Məsələn, ABŞ dövlət departamenti deyir ki, "Yunanıstanın adalar üzərində suverenliyi şübhə altına alına bilməz". Yunanıstan mediası da öz səhifələrində ABŞ-dan gələn bəyanatlara geniş yer verir.

Oktyabrın 6-7-si Çexiyanın paytaxtı Praqada Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının qeyri-formal sammiti keçiriləcək. Böyük Britaniyanın “The Guardian” qəzeti sammitə başqa ölkələrin, o cümlədən Azərbaycan və Ermənistanın dəvət olunacağını yazır. Ancaq Türkiyənin dəvət almasında problem var: Kipr və Yunanıstan buna razılıq vermir.

“Türkiyənin gücünün artması, regional gücdən qlobal gücə çevrilməsi bir çox ölkələri narahat edir. NATO və Avropa Birliyi tərəfindən Türkiyəyə qarşı böyük haqqsızlıqlar edilib. Baxmayaraq ki, Türkiyə Qərbi böyük miqrasiya böhranından və yaxın şərqdəki müharibələrədən qaçan insanların axınından qoruyur. Türkiyənin önəmli bir siyasi gücə çevrilməsi, regiondakı proseslərdə, Avrasiya məkanında mühim oyunçu olması, Rusiya-Ukrayna müharibəsində tərəf tutmaqdan çox barışdırıcı missiyadan çıxış etməsi və siyasi proseslərdə aktor olması Türkiyəni sevməyən qüvvələri narahat edir. NATO daxilində də Türkiyəyə qarşı birmənalı münasibət yoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. O, qeyd edir ki, Türkiyəyə qarşı kifayət qədər qıcıq mövqedən yanaşan qüvvələr var.

Tural İsmayılov Tural İsmayılov

Ekspert hesab edir ki, Türkiyə əleyinə müəyəyn “kompramatlardan” istifadə edilir. Yunanıstan məsələsi aktuallaşdırılır. Lakin Türkiyənin dünya sülhünə bəxş etdikləri danılmazdır. Bu gün Türkiyə olmasa Qərbin özü üçün ciddi siyasi problemlər baş verə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »