Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN Ukrayna ərazilərində keçirilən “referendumlar”a münasibət bildirib
İran XİN Ukrayna ərazilərində keçirilən “referendumlar”a münasibət bildirib

İran həmişə olduğu kimi ölkələrin ərazi bütövlüyü prinsipinə tam hörmət edilməsinin və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsip və məqsədlərinə hörmət edilməsinin zəruriliyini vurğulayır.

APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində referendum keçirməsi və bu bölgələrin ilhaqı ilə bağlı suala cavabında deyib.

O bildirib ki, İran Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün göstərilən bütün səyləri dəstəkləyir, bu prosesə kömək və yardım etməyə həmişə hazırdır.

Son xəbərlər
Bütün xəbərlər »