Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı qanun layihələrini parlamentə təqdim edib
Putin işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı qanun layihələrini parlamentə təqdim edib

Prezident Vladimir Putin Dövlət Dumasına “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi haqqında qanun layihələrini təqdim edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Son xəbərlər
Bütün xəbərlər »