Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: “Ukrayna hərbçiləri Limanı işğalçılardan tamamilə təmizləyib”
Zelenski: “Ukrayna hərbçiləri Limanı işğalçılardan tamamilə təmizləyib”

Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman şəhərini işğalçılardan tamamilə təmizləyib.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib. Hərbçilərimiz, döyüşçülərimizə təşəkkürlər! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini işğalçılardan azad edib. Şəhər mayın 26-dan Rusiyanın işğalı altında olub.

Son xəbərlər
Bütün xəbərlər »