Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstan prezidenti parlament seçkilərində güclü hökumətə səs verdiyini bildirib
Bolqarıstan prezidenti parlament seçkilərində güclü hökumətə səs verdiyini bildirib

Bolqarıstan prezidenti Rumen Radev bazar günü Bolqarıstanın paytaxtında 48-ci Xalq Məclisinin (parlament) deputatlarının növbədənkənar seçkilərində səsvermədə iştirak edib.

APA bildirir ki, o, jurnalistlərin suallarını cavablandıraraq demokratik proseslərin inkişafına səs verdiyini bildirib.

"Mən Bolqarıstanda demokratik proseslərin dəstəklənməsinə səs verdim. Ölkəyə böhranın öhdəsindən gələcək, qəti islahatlar aparacaq, strateji uzunmüddətli qərarlar qəbul edəcək güclü hakimiyyət lazımdır və bu təşəbbüslər bütün cəmiyyətin dəstəyinə ehtiyac duyur. Sabah parlament və hökumətin nə qədər legitim və davamlı olacağı bizim bugünkü səsimizdən asılıdır”, - Radev bildirib.

"Bütün vətəndaşları səsvermədə iştirak etməyə və lazımi qərarları başqasının öhdəsinə buraxmamağa çağırıram. Seçkilər təkcə hüquq deyil, həm də məsuliyyətdir", - Bolqarıstan prezidenti əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »