Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon rəhbəri: “Ukraynanın NATO-ya qəbulu barədə qərarı blokun bütün ölkələri verməlidir”
Pentaqon rəhbəri: “Ukraynanın NATO-ya qəbulu barədə qərarı blokun bütün ölkələri verməlidir”

ABŞ hakimiyyəti NATO-nun “açıq qapı” siyasətinə sadiqdir, lakin alyansa yeni üzvlərin qəbulu barədə qərar blokun bütün ölkələri tərəfindən verilməlidir.

“Report” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalamasına şərh edərkən deyib.

“ABŞ NATO-nun “açıq qapı” siyasətinə sadiqdir. Lakin bunun necə baş verəcəyi, həqiqətən də səs verən 30 NATO ölkəsinin, eləcə də alyansa qoşulmaq istəyən ölkənin qərar verəcəyi məsələdir”-deyə, o bildirib.

Son xəbərlər
Bütün xəbərlər »