Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyanın müdafiə naziri tankların çatdırılacağına söz verib
Almaniyanın müdafiə naziri tankların çatdırılacağına söz verib

Almaniyanın müdafiə naziri Kristine Lambrext şənbə günü elan olunmamış səfərlə Odessaya gəlib. O səfər çərçivəsində ukraynalı həmkarı Aleksey Reznikov ilə görüşüb və IRIS-T SLM hava hücumundan müdafiə sistemlərini "yaxın günlərdə" Kiyevə çatdıracağına söz verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Die Welt" telekanalı məlumat yayıb.

"Ukrayna hazırda hər gün inanılmaz sayda hava hücumları ilə üz-üzə qalır. Buna görə də bizim daha çox hava hücumundan müdafiə istemi ilə dəstək verməmiz çox vacibdir. Dünyada yaranmış acınacaqlı vəziyyətlə bağlı Ukraynanın qida məhsullar ixracı olduqca əhəmiyyətlidir. Biz limanları həhlükəsizliyini, hava hücumundan müdafiə olunmasının vacibliyini dəyərləndiririk. Bu gün bu müdafiə sistemlərinin ilk növbədə Ukraynaya verilməsini müzakirə edirik", - Lambrecht bildirib.

Ukraynalı həmkarı Oleksiy Reznikov ilə görüşdə o, yaxın bir neçə gün ərzində "İris-T SLM" yerüstü hava hücumundan müdafiə sisteminin ilk vəd edilmiş bölməsinin təhvil veriləcəyini də açıqlayıb.

"Əlavə tədarüklər edilməlidir və Almaniya bunu müttəfiqlərinə göstərmək istəyir. Hazırda ən vacibi odur ki, dinc əhaliyə zərbə vuran, onları qorxudan və öldürən bu hücumlar, bu hava hücumlarına qarşı mübarizə aparmaq mümkün olsun. Bunu təmin etmək imkanları yaranıb. Bundan əlavə, Ukrayna Rusiyaya qarşı döyüş halında olduğu üçün Yunanıstan və Slovakiyadan da tez tanklarla təmin edilməlidir. Və Almaniya Yunanıstan və Slovakiyadakı boşluqları bağlamağa kömək edir. Bu çevrədə mübadilə çox vacibdir", - deyə Lambrext vurğulayıb.

Almaniya Müdafiə Nazirliyi "Twitter"də onun Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib. “Biz nə qədər vaxt lazımdırsa, dostlarımızı dəstəkləyəcəyik”, - deyə nazirlik bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »