Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: "...İndi əsas vəzifə hərbi dəstəyi davam etdirməkdir"
Borrell: "...İndi əsas vəzifə hərbi dəstəyi davam etdirməkdir"

"Ukraynanın NATO-ya qəbulu hazırda əsas məsələ deyil”.

Bizimyol.info xəbər verir ki, bunu “24 Horas” kanalına müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

O qeyd edib ki, hazırda əsas məsələ Ukraynaya indiyə qədər edildiyi kimi hərbi dəstəyin davam etdirilməsi və onun fikrincə, “təsiri olan” Rusiyaya qarşı sanksiyaların davam etdirilməsidir.

Borrell Ukraynaya hərbi yardımın davam etdirilməsini, əlavə sanksiyaları, mövcud sanksiyaların saxlamasını və qlobal diplomatik döyüşdə iştirak etməyin daha vacib olduğunu deyib: "Çünki bütün ölkələr Rusiyaya qarşı effektiv, güclü və qətiyyətli davranmır", - deyə o qeyd edib.

Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri xatırladıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Aİ ilk dəfə öz vəsaitlərini silah alıb üçüncü döyüşən ölkəyə çatdırmaq üçün istifadə edib: "ABŞ-ın köməyi ilə birlikdə təşkil edilən bu tədbirlər, Ukraynaya özünü müdafiə etməyə imkan verdi", - Borrell deyib.

Rusiya prezidenti Vladimir Putindən gələn nüvə təhlükəsi ilə bağlı hədəyə münasibət bildirəən Borrell bütün risklərin mümkün olduğunu deyib.

Bundan əlavə, Borrell Ukraynada saxta Kreml referendumlarının keçirilməsinə münasibət bildirib. Onun sözlərinə görə, Ukrayna regionlarını ilhaq etmək cəhdi müharibənin başa çatmasını demək olar ki, qeyri-mümkün edir.

"Heç kim bu ərazilərin ilhaqını tanımır və bu qabubsuz qərarı tanımayacaq", - Borrell bildirib.

Sentyabrın 30-da Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya üzv olmaq üçün ərizə verdiyini açıqlayıb. Prezidentin sözlərinə görə, müraciət sürətləndirilmiş qaydada veriləcək. Bunun ardınca Ukraynanın Qərb tərəfdaşları Zelenskinin açıqlamasına reaksiya vriblər. O cümlədən, Ağ Ev belə bir fikir bildirib ki, Ukraynanın Şimali Atlantika Alyansına üzvlük məsələsi “başqa vaxtda” həll olunmalıdır və indi Rusiya təcavüzü ilə mübarizə üçün ona dəstək verilməsi daha aktualdır.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın üzvlük üçün müraciət etmək hüququ var, lakin hazırda prioritet yardımdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »