Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon: Rusiya nüvə silahından istifadə etməyəcək
Pentaqon: Rusiya nüvə silahından istifadə etməyəcək

ABŞ Rusiya rəhbərliyinin Ukraynada nüvə silahından istifadə etməklə bağlı qərarını həyata keçirməsinə dair heç bir hərəkət əlaməti görünmür.

Bizimyol.info xəbər verir ki, bunu şənbə günü nümayiş etdirilən "CNN" telekanalına müsahibəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Ostin nüvə silahının istifadəsi ilə bağlı qərarı Rusiya prezidenti Vladimir Putinin şəxsən verdiyini bildirib. "Hazırda onun bu qərarı verdiyinə inanmağa vadar edəcək bir əsas görmürəm. Rusiya bu silahdan istifadə etməyəcək, çünki bununla bağlı hər hansı fəaliyyət müşahidə edilmir ", - deyə Ostin bildirib.

Pentaqonun rəhbərinin sözlərinə görə, Amerika rəhbərliyi Rusiya tərəfini nüvə silahından istifadə ilə bağlı hədələri barədə "birbaşa məlumatlandırıb". Ostin bildirib ki, bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə bu mövzuda birbaşa əlaqəsi olmayıb, lakin onunla əvvəllər danışıb və birbaşa bu məsələyə toxunub.

Cümə günü Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk "Xalq Respublikaları"nın, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi mərasimində Rusiyanın Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduğunu, lakin vətəndaşların seçiminin bu danışıqlarda müzakirə movzusu olmayacağını bildirib. "Donbass, Zaporojye və Xerson vilayətləri əbədi olaraq Rusya ərazisi olaraq tanınacaq", - deyə Rusiya prezidenti qeyd edib.

Putin vurğulayıb ki, Moskva yeni ərazilərini “bütün mövcud qüvvə və vasitələrlə” müdafiə edəcək: "Qərbin referendumun nəticələrinə etiraz etməyə mənəvi haqqı yoxdur",- deyə o bildirib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü bildirib ki, Kreml nüvə eskalasiyası mövzusunu inkişaf etdirməyəcək, bu barədə danışan insanlar özlərini məsuliyyətsiz aparırlar.

Putinin Kiyevi danışıqlara dəvət etməsinə cavab olaraq, Ukrayna prezidenti Zelenski bildirib ki, o, Rusiya ilə danışıqlara hazırdır, lakin Putinlə heç vaxt danışıqlar aparmayacaq. Zelenski biuldirib ki, o, danışıqları Rusiyanın başqa prezidenti ilə aparacaq. O həmçinin Putinin "ləyaqət və vicdan hissini" itirdiyini bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »