Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda qadın hüquqları müdafiəçisi həbs edilib
İranda qadın hüquqları müdafiəçisi həbs edilib

İranın Zəncan vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları Məhsa Əmininin öldürülməsi ilə bağlı ümummi etirazların başlamasından sonra, aksiyada iştirak edən şəxlərin həbsinə başlayıblar. Kəşfiyyat İdarəsinin əməkdaşları bu gün jurnalist və qadın hüquqları müdafiəçisi Səfiyə Qarabağini də iş yerində həbs ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Səfiyə Qarabağinin həyat yoldaşı Ruzbeh Səadati öz tvtter səhifəsində yazıb.

O, həyat yoldaşının həbs olunduğunu bildirib: "Bu gün - 1 oktyabrda Zəncan Kəşfiyyat İdarəsinin əməkdaşları xanım Qarabağini iş yerində həbs ediblər. Onun saxlandığı yer barə məlumat verməyiblər", - deyə qeyd edib.

Səadati bildirib ki, son günlər İranda ümumm xalq etirazların başlaması ilə əlaqədar Səfiyə Qarabaği İnstaqram səhifəsində Zəncan vilayətində təhlükəsizlik orqanları tərəfindən vətəndaşların həbs dalğasına etiraz edərək, onların etirazçılarla qarşı kobud rəftarını tənqid edib. O bildirib ki, xanımı əvvəllər də qadın azadlığı ilə bağlı fəaliyyətinə, eləcə də, İranda yaşayan etnik qrupların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təhlükəsizlik və məhkəmə orqanlarına çağırılıb. Səadati qeyd edib ki, Səfiyə Qarabaği tələbə fəal və keçmiş siyasi məhbus Pərisa Rəfiinin xalasıdır.

Verilən məlumata görə, 21 sentyabr 2022-ci il çərşənbə günü Zəncanda şəhərində onlarla insanın həbs olunduğu və ən azı bir nəfərin öldürüldüyü küçə etirazlarından sonra təhlükəsizlik orqanları bu şəhərdə yeni həbs dalğasına başlayıb. Fars Xəbər Agentliyi etirazlardan sonrakı günlərdə iki xəbər dərc edərək altı nəfərin həbs olunduğunu təsdiqləyib.

Bu gün Zəncan Universitetinin tələbələri İranın başqa bölgələrindəki bəzi universitetlərlə birlikdə etiraz aksiyası təşkil ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »