Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov: Ukraynanı nüvə silahı ilə vurmaq lazımdır
Kadırov: Ukraynanı nüvə silahı ilə vurmaq lazımdır

"Mən həmişə demişəm: səslənən həqiqətdən acı, dözülməz olsa da, həqiqətdən yaxşı heç nə yoxdur. Bu inkişafın yeganə yoludur. Ona görə də Krasnı Limanda baş verənlərə səssiz qala bilmərəm".

Bizimyol.info xəbər verir ki, bu fikirləri Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında yazıb.

O bildirib ki, qoşunların Krasnı Liman şəhərindən çıxarılmasına görə məsuliyyət Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapinin üzərinə düşür.

"Bu bölmənin müdafiəsinə Mərkəzi Hərbi Dairənin komandiri, general-polkovnik Aleksandr Lapin rəhbərlik edirdi. Lisiçanski ələ keçirdiyi üçün Rusiya Qəhrəmanı ulduzunu alan həmin Lapin, de-fakto orada yox idi.

İki həftə əvvəl Axmat Xüsusi Təyinatlı Qüvvələrinin general-mayoru, mənim əziz qardaşım Aptı Alaudinov şəxsən mənə bildirdi ki, döyüşçülərimiz asan hədəfə çevrilə bilər. Mən də öz növbəmdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova təhlükə barədə məlumat verdim. Amma general məni əmin etdi ki, o, Lapinin liderlik istedadına şübhə etmir və Krasnı Limanda və onun ətrafında geri çəkilməyin mümkün olduğuna inanmır", deyə Kadırov qeyd edib.

Kadırov deyib ki, bir həftə sonra Lapin qərargahı yüz kilometr aralıda olan Starobelskə köçürür, özü isə Luqanskda oturur. "Onlardan 150 km məsafədə olan bölmələri necə tez idarə edə bilərsiniz? Elementar hərbi maddi-texniki təchizat olmadığından bu gün biz bir neçə yaşayış məntəqəsini və böyük bir ərazini tərk etmişik", - deyib.

Kadırov deyib ki, Lapinin orta səviyyəli zabit olması belə müəmmalıdır. Onun sözlərinə görə, Lapinin səvləri nədənsə Baş Qərargahdakı liderlər tərəfindən ört-basdır edilir: "Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlimə pulemyot alıb günahlarını qanı ilə yuması üçün cəbhəyə göndərərdim"- - deyib.

Orduda qohumbazlığıq yaxşı nəticələrə aparmayacaq. Orduya güclü xarakterli, cəsur, prinsipial, döyüşçünün qayğısına qalan, əsgərinə dişi-dırnağı ilə qoruyan, tabeliyində olanın köməksiz, dəstəksiz qala bilməyəcəyini bilən insanları təyin etmək lazımdır.

Xüsusən də çətin vaxtlarda orduda qohumbazlığa yer yoxdur",- deyə Kadırov qeyd edib.

O, Rusiyanın Müdafiə Nazirliyinin nüvə silahından istifadə etməyə çağırıb.

Mənim şəxsi fikrimcə, sərhədyanı rayonlarda hərbi vəziyyət elan olunana qədər, daha sərt tədbirlər görülməli - aşağı gücə malik nüvə silahlarından isfadə edilməlidir", - deyə Kadırov qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »