Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qudkov: "Ukraynada müharibə daha altı ay və ya bir il davam edə bilər"
Qudkov: "Ukraynada müharibə daha altı ay və ya bir il davam edə bilər"

"Kremlin rəhbəri Vladimir Putinin Rusiyada elan etdiyi “qismən” səfərbərlik Ukraynaya qarşı açılmış müharibəni daha altı ay, hətta bir il çəkə bilər".

Bizimyol.info xəbər verir ki, bu fikri Ukrayna mətbuatına müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı, rusiyalı müxalifət lideri Gennadi Qudkov deyib.

“Mən bir proqnoz verdim. Amma fikirləşdim ki, o qədər dəli deyil ki, ümumi səfərbərlik elan etsin. Səfərbərlik isə əslində universaldır. Səfərbərlikdən əvvəl danışsaydıq, deyərdim ki, aprel-may aylarına qədər hər şey bitəcək. Amma yeni adamların döyüşə atılması müharibəni ən azı altı ay da uzada bilər. Hətta bu bir il də çəkə bilər", - deyə o qeyd edib.

Eyni zamanda, Qudkov Putinin müharibəni uzatmaqla nəyə ümid etdiyini bildirib: “O, Qərb koalisiyasında baş verə biləcək dəyişikliklərə ümid edir. O, bombardmana məruz qalan, raket atəşi altında olan, uşaqların öldüyü, qadınların öldüyü, sadə insanların, dinc insanların, əsgərlərin döyüş meydanlarında öldüyü Ukrayna xalqının səbrinin tükənəcəyinə ümid edir. Putin ümid edir ki, Ukraynanın səbri, cəsarəti və mübarizə əzmi kifayət etməyəcək. O ümid edir ki, indi proqnozlaşdıra bilməyəcəyimiz bəzi dəyişikliklər hələ də baş verə bilər. O, həm də sülh prosesini arzulayır, ancaq Ukrayna ərazisinin 20%-nin ələ keçiriləcəyi və işğal ediləcəyi şərtlərlə. Hamını masaya oturtub bazarlığa başlamaq istəyir ki, onunla bazarlıq etsinlər", - deyə keçmiş deputat bildirib.

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin rusların “qismən” səfərbər olduğunu elan etdi. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, yalnız 300 min nəfər səfərbər ediləcək. Bununla belə, mediaya məlum olub ki, Kreml 1,2 milyona qədər rusu hərbi xidmətə çağırmağı planlaşdırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »