Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da Rusiya cəsusları yaxalanıb: Anna Qabrielyan "vətənpərvərlik edirmiş"
ABŞ-da Rusiya cəsusları yaxalanıb: Anna Qabrielyan "vətənpərvərlik edirmiş"

ABŞ ordusunun tibb mayoru və onun mülki həkim arvadı Rusiya hökumətinə məlumat sızdırmaqda ittiham olunur.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Jamie Lee Henri və Anna Gabrielyan hərbi xəstəxanada xəstələr haqqında məxfi məlumatları paylaşmağı planlaşdırmaqda ittiham olunurlar.

İddialara görə, cütlük gizli FTB agentinə Rusiyaya qarşı vətənpərvərlik hissləri ilə hərəkət etdiklərini deyib.

Bildirilir ki, cütlüyün vəkilləri və Rusiya rəsmilərindən hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Bundan əlavə, cümə axşamı ABŞ-ın şərqindəki Merilend ştatının Baltimor şəhərində məhkəməyə təqdim edilən iddianamədə cütlük sui-qəsddə və müəyyən sağlamlıq məlumatlarını açıqlamaqda ittiham olunub.

Prokurorlar bildiriblər ki, cütlük Rusiya hökumətinə “ABŞ hökuməti və ordusu ilə əlaqəli insanların sağlamlıq vəziyyəti haqqında məlumat almaqda” kömək etmək istəyiblər. İttihamnamədə qeyd edilir ki, Şimali Karolina ştatında əsas hərbi baza olan Fort Bragg-də yerləşmiş mayor Henri xəstəxananın və oradakı digər səhiyyə müəssisəsinin şəxsi tibbi sənədlərinə giriş əldə etməyi planlaşdırıb.

Baltimordakı Con Hopkins xəstəxanasında anestezioloq işləyən Qabrielyanın bir neçə ay əvvəl Rusiyanın Ukraynaya hücumundan sonra Vaşinqtondakı Rusiya səfirliyinə kömək təklifi etdiyi də iddia edilib.

Məlumata görə, avqustun ortalarında Rusiya səfirliyində işlədiyini iddia edən və əslində FTB agenti olan şəxs onunla əlaqə saxlayıb və o, bunu etməyə hazır olduğunu bildirib.

Xarici media yazır ki, mayor Henri 2015-ci ildə, cütlüyün evləndiyi il, cinsi azlıq nümayəndəsi olduğunu açıqlayan ilk fəal ABŞ hərbi zabiti kimi tanınır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »