Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Türkiyə Kiprdəki hərbi gücünü artıracaq”
Çavuşoğlu: “Türkiyə Kiprdəki hərbi gücünü artıracaq”

“Türkiyə Kiprdə hərbi gücünü artıracaq və kiprli türklərin maraqlarını qorumaq üçün adanın şimalını bütün lazımi silahlarla təmin edəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pamukkale Universitetinin tələbələri ilə görüşündə deyib.

Türkiyə XİN başçısı Ankaranın adanın türk icmasının maraqlarını müdafiə etmək üçün bütün lazımi addımları atacağını vurğulayıb.

“Bütün dünya qarşımızda dayansa belə, Türkiyə öz mövqeyindən dönməyəcək və Kiprdə, eləcə də Egey və Aralıq dənizlərində öz maraqlarını müdafiə edəcək”, - Çavuşoğlu bildirib.

O əmin edib ki, Ankara Şimali Kipri ​​dəstəkləmək üçün bütün imkanlardan istifadə edəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »