Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hakimiyyətin səhvi əhalini qəzəbləndirdi: Üstəlik, xalqı günahlandırdılar
Hakimiyyətin səhvi əhalini qəzəbləndirdi: Üstəlik, xalqı günahlandırdılar

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi “qismən səfərbərlik” çərçivəsində edilən səhvə görə yaşlı, xəstə və hərbi xidmətə yararsız şəxslərin səhvən Ukrayna cəbhəsinə göndərildiyi öyrənilib. Hakimiyyət səhvini etiraf etsə də, Rusiya ictimaiyyəti arasında qəzəb artır.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Putin bu yaxınlarda Ukrayna müharibəsində tarazlığı dəyişdirə biləcək bir qərar qəbul etdiklərini açıqlayıb.

Rusiyada elan edilən “qismən səfərbərlik” hərbi xidmətə qoşulmaq istəməyən Rusiya vətəndaşları arasında çaxnaşmaya səbəb olmaqla yanaşı, kimin və nə vaxt ordu sıralarına qəbul ediləcəyi ilə bağlı böyük çaşqınlıq yaradıb.

Bildirilib ki, “qismən səfərbərlik” çərçivəsində həqiqi hərbi xidmətə çağırılacaq şəxslər “ehtiyatda olan əsgərlər” sırasına daxil olanlar, hərbi xidmət keçmişlər, hərbi təcrübəsi olanlar və hərbi xidmət üzrə ixtisası olanlar olacaqlar.

Bununla belə, hakimiyyət hərbi xidmətə çağırışda bəzi səhvlərə yol verildiyini, xəstə, qoca və yararsız şəxslərin səhvən hərbi təlimlərə və ya birbaşa Ukrayna cəbhəsinə göndərildiyini etiraf edib.

Kremlin sözçüsü Peskov bu yaxınlarda verdiyi açıqlamada: “Həqiqətən də səfərbərlik fərmanının pozulduğu hallar var. Bəzi bölgələrdə qubernatorlar vəziyyəti düzəltmək üçün fəal işləyirlər. Ümid edirik ki, bütün səhvlər düzəldiləcək",- deyə bildirib.

"Qismən səfərbərlik" qərarından sonra bu qərara etiraz etmək üçün küçələrə çıxan rus xalqı əsgər qəbulunda edilən səhvləri böyük qəzəblə qarşıladı. Tənqidlər davam etdikcə, Altay bölgəsinin orduya çağırış komandiri Marat Usmanovun yaydığı video gərginliyi daha da artırdı.

Usmanov artan şikayətlərdən xəbərdar olduğunu bildirib, lakin onların hərbi xidmətə çağırılmasının Rusiya vətəndaşlarının özlərinin günahı olduğunu irəli sürüb.

"Yararsız vətəndaşların hərbi xidmətə çağırılması böyük qəzəb doğurur. Bu vəziyyətin yalnız bir səbəbi var, o da vətəndaşların hərbi qeydlər və ailə vəziyyətlərindəki dəyişikliklər kimi mühüm məlumatları hərbi şöbələrə bildirməməsidir",- komandir açıqlamasında bildirib.

Kremlin apardığı səfərbərlik, Sevostopol Rusiyada səfərbərlik

Britaniyanın “Teleqraf” qəzeti yazıb ki, hətta sərt Putin tərəfdarları da bu səhvə reaksiya verib və bu səhvi edənlərin işdən çıxarılmasını istəyirlər.

Kreml daxilində etibarlı mənbələrə sahib olduğunu iddia edən "General SVR" Telegram kanalı qismən səfərbərlik qərarından sonra verdiyi paylaşımda hərbi xidmətə çağırılacaq adamların sayının 300 min deyil, 500 min nəfər olduğunu iddia edib.

İngilis "Guardian" qəzeti isə Şərqi Sibir kəndlərində əhalinin 5 faizinin hərbi xidmətə çağırıldığını və ümumi sayının 300 mindən çox ola biləcəyini iddia edirdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »