Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xankəndidə "ikili vətəndaşlıq" oyunu: "Peşman olan tərəf Ermənistan olacaq"
Xankəndidə "ikili vətəndaşlıq" oyunu: "Peşman olan tərəf Ermənistan olacaq"

Bir müddətdir ki, qondarma “arstax”da ikili vətəndaşlıqla bağlı müzakirələr başlanıb.

Özünü olmayan bir dövlətin lideri kimi təqdim edən Araik Arutyunyan qondarma dövlətin konsitutsiyasına bununla bğalı dəyişikliklər edərək, Qarabağda yaşayanlara eyni zamanda Rusiya vətəndaşlığıının verilməsi üçün çalışır. Belə olan halda güya Azərbaycan ərazisi Qarabağda Rusiya vətəndaşı olaraq yaşaya biləcəklər. Əslində isə olmayan bir dövlətin saxta lideri orada yaşayanları aldadır. Çünki olmayan bir qurumun vətəndaşlığının olması absurddur.

“Dünayada belə analogiyalar olub. O analogiyalarla bağlı deyə bilərik ki, sonda əslində uğursuzluqla nəticələnib. 30 ilə yaxın bir müddət ərzində Ermənistana rəhbərlik edən şəxs, eyni zamanda həmin o qondarma rejimin tör-töküntülərinə rəhbərlik edən cinayətkar ünsürlər cəmiyyəti aldadıblar. Burada həm Ermənistanda, həm də Azərbaycan ərazisində yaşayan, Azərbaycan vətəndaşı olan erməni əsilli insanlardan söhbət gedir. Ümumiyyətlə diqqət etsək, görərik ki, bu qondarma rejim dünyada heç bir dövlət tərəfindən, hətta onunla bağlı bizimlə mübarizə aparan Ermənistanın özü tərəfindən tanınmayıb”.

Bu barədə Bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov danışıb. O, qeyd edir ki, əslində Qarabağ ərazisində yaşayanlar hazırkı reallığı dəyərləndirməli və anlamalıdırlar ki, 30 ilə yaxın bir müddət ərzində onlar dünyada heç bir dövlət, təşkilat tərəfindən tanınmayan bir qondarma qurumun “vətəndaşları” olublar. Azərbaycan dövləti, İlham Əliyev onlara güclü, qalib, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşlığını təklif edir.

Xəyal Bəşirov Xəyal Bəşirov

“Təbii ki, onun da şərtləri var. Qanunları, Azərbaycanın Konstitutsiyası və 3 rəngli bayrağı altında yaşamaq və Azərbaycanın digər ətəndaşlarından fərqli olmayan bərabər hüquqlara malik olmaq şərtləri var ki, bu şərtlər xaricində onların heç bir status və digər üzvlüyü tanına bilməz. Bu Azərbaycan dövlətinin rəsmi mövqeyidir ki, daim Azərbaycan prezidenti İlham Əliyevin simasında o cümlədən digər rəsmilərin simasında bu mövqe bu dünyaya və Ermənistana bəyan edilib”,- deyə o əlavə edib.

Politoloq hesab edir ki, ikili vətəndaşlığın tanınması ilə bağlı konsitutsiyaya dəyişiklik etmək üçün ilk öncə dünya tərəfindən tanınan bir dövlət olmalıdır. Bundan sonra o özünün konsitutsiyasını və digər qanunlarını qəbul edə bilər. Belə olan halda o konsitutsiya əsasında vətəndaşlıq verilə bilər və yaxud ikili vətəndaşlıq tanına bilər: “Olmayan və tanınmayan bir qurumun hansısa bir konstitutsiyası əsasında ikili vətəndaşlığın verilməsi absurddur və əsassızdır. Bu proseslər əgər Azərbaycanın suverən əraziləri çərçivəsində, toxunulmaz və beynəlxaql səviyyədə tanınmış sərhədləri baş verəcəksə buna Azərbaycan dövlətinin cavabı da adekvat olacaq. Necə ki, bu günə qədər onlar tərəfindən həm Azərbaycan ərazisində, həm də Azərbaycanın sərhədlərindən kənarda belə Azərbaycana qarşı istənilən təxribata Azərbaycanın sərt cavabı olub və amansız şəkildə düşmən yerinə oturdulub”.

Politoloq deyir ki, əgər onlar Rusiyaya arxayındırlarsa, Rusiyaya güvənirlərsə, Rusiyanın belə bir addım atacağını düşünmür. Çünki Rusiyanın Azərbaycan dövlətinə qarşı münasibəti artıq bəllidir. Azərbaycan dövlətinin bütün tərəflərə münasibətdə, o cümlədən Rusiya sülhməramlılarına mövqeyinə münasibəti daim bəlli olub. Əgər onlar öz missiyalarından bir addım olsa belə, kənara çıxıblarsa, hətta humanitar yardımla bağlı adıdmlar atıblarsa, bununla bağlı Azərbaycan dövləti tərəfindən rəsmi qaydada bu addımlara sərt təpki verilib. Və bununla bağlı çağırışlar edilib.

“Bu absurd addımın atılacağı təqdirdə Azərbaycan yenə də adekvat mövqe ortaya qoyacaq. Həmin o addımın qarşısı lazımı şəkildə alınacaq. Çünki bu ərazilər Azərbaycana aiddir. Biz 44 günlük müharibə aparıb, 3 min şəhidi ona görə vermədik ki, hansısa bir cinayətkar rejim Azərbaycanın həmin o ərazilərində ikili vətəndaşlıq və ya özlərindən hansısa bir qayda müəyəyn etsinlər, qanunsuz rejimlə bağlı hansısa bir addım atsınlar. Bizim reaksiyamız artıq belədir. İstənilən halda onlar tərəfindən təxribatlar ola bilər. Onların bu təxribatlarına dəstək də nümayiş etdirilə bilər. Amma onlar unutmamalıdırlar ki, Azərbaycan ayıq-sayıqdır. Düşmənin istənilən təxribatına, o cümlədən bu şəkildə olan təxribatlarına dərhal cavab veriləcək və hər bir halda bu proseslərin sonunda peşman olan tərəf Ermənistan olacaq. Azərbaycan addım-addım öz istəyinə, yəni İkinci Qarabağ müharibəsi dönəmində və ondan sonrakı dnəmdə düşməni sülhə məcbur etmə prosesinə nail olmaqdadır”,-deyə X. Bəşirov əlavə edib.

O, hesab edir ki, bu prosesin sonu qısa bir zamanda sülh sazişinin imzalanması ilə bitəcək ki, bu da bizim əsas istəyimizdir. Ondan sonra belə təxribatçı addımların atılmasına imkan olmayacaq. Eyni zamanda həmin o şəxslərin kənardan Azərbaycan ərazisinə hər hansı bir müdaxiləsi olmayacaq.

İradə Cəlil, bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »