Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-Yunanıstan gərginliyi müharibəyə çevrilə bilərmi? - Araşdırma
Türkiyə-Yunanıstan gərginliyi müharibəyə çevrilə bilərmi? - Araşdırma

Türkiyə və Yunanıstan arasında gərginlik son zamanlar qarşılıqlı bəyanatlarla artarkən, Əl-Cəzirə Araşdırma Mərkəzinin hazırladığı hesabatda iki ölkə arasında qarşıdurma ehtimalı və mümkün böhrana səbəb olacaq vəziyyətlər təhlil edilib.

Bizimyol.info xəbər verir ki, Əl-Cəzirə Araşdırma Mərkəzindən Türkiyə məsələləri üzrə ixtisaslaşmış tədqiqatçı Səid əl-Hacın araşdırmasında Türkiyə ilə Yunanıstan arasındakı gərginliyin müharibəyə çevrilməsi ehtimalı araşdırılıb.

Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” vədini xatırladan yazıda ABŞ-ın Aleksandrupolisdə baza açmasının gərginliyi daha da artırdığı xatırladılıb. Türkiyə prezidentinin Egeydəki Yunan adalarını "işğal altında" adlandırması yenidən gündəmə gətirilərkən, bu açıqlamanın "1947-ci ildə İtaliyadan Yunanıstana birbaşa köçürülən adaları tanımadıqları anlamına gəldiyi" iddia edilib.

Bununla belə, mümkün qarşıdurma zamanı Türkiyə Silahlı Qüvvələrinin yunanları qabaqladığı vurğulanıb.

Təhlildə hər iki ölkənin ümumi seçkilərə hazırlığının sərt ritorikanı artırdığı bildirilib və bu danışıqlar növündən seçki dövrünə qədər istifadə oluna biləcəyi iddia edilib. Eyni zamanda bildirilib ki, qaz yataqlarının aşkarlanması da iki ölkə arasında gərginliyi artıran və hətta vəziyyəti münaqişə səviyyəsinə çatdıra bilən amildir.

Dərc olunan xəritədə Egey bölgəsi mümkün münaqişələrin mərkəzi və Bermud üçbucağı kimi göstərilib.

Əl-Cəzirə tərəfindən hazırlanan təhlildə iki ölkənin birbaşa qarşıdurmasına mane olan vəziyyətlər də müzakirə edilib. Səid əl-Həcc tərəfindən hazırlanan təhlilə “bu amillərdən birincisi Rusiya-Ukrayna müharibəsidir. NATO-nun istəyə biləcəyi son şey Ukraynada Rusiya ilə razılaşmaya diqqət yetirməyə çalışarkən iki üzvü arasında müharibədir”,- deyə bəyanatlar əlavə edilib.

Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərə diqqət çəkən təhlildə NATO və ABŞ-ın iki ölkə arasında vasitəçilik etməsi və aralarındakı gərginliyi azaltması gözlənildiyi də ifadə edilib.

Bundan əlavə, Türkiyə başda olmaqla iki ölkənin iqtisadi şərtlərini ələ alan təhlildə, iki ölkə arasında humanitar, iqtisadi, hərbi və strateji səviyyədə yarana biləcək müharibənin gözlənilən bədəli diqqətə çatdırılıb. Çətin dövr yaşayan iki ölkənin iqtisadiyyatı üçün bu vəziyyətin ciddiliyi vurğulanıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »