Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan, Azərbaycan və Rusiyanın ruhani liderlərinin görüşü keçirilməlidir” – Erməni kilsəsi
“Ermənistan, Azərbaycan və Rusiyanın ruhani liderlərinin görüşü keçirilməlidir” – Erməni kilsəsi

“Erməni kilsəsi Ermənistan, Azərbaycan və Rusiyanın ruhani liderlərinin üçtərəfli formatda görüşünə hazırdır”.

Bizimyol.info erməni mediasına istinadən xəbər verir ki, bu sözləri erməni apostol kilsəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri arximandrit Şahe Ananyan “RİA Novosti”yə açıqlaması zamanı bildirilib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədində vəziyyətin nizama salınması üçün Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin, bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanlarının rəhbəri Şeyxülislam Allahşükür Paşazadə ilə yeni üçtərəfli görüşün keçirilməsi məqsədə uyğun olar.

"Təbii ki, görüş Moskvanın və bütün Rusiyanın Patriarxı Həzrətləri Kirillin dəvəti ilə təşkil olunur. Belə bir ehtiyac olarsa, erməni kilsəsi Allahşükür Paşazadə və Patriarx Kirillə görüşə tərəfdar olacaq. Üçtərəfli görüşlər artıq ruhani liderlərin görüşləri üçün rəsmi xarakter daşıyır”, - deyə arximandrit Şage Ananyan bildirib.

Xəbərdə bildirilir ki, bundan əvvəl Volokolamsk mitropoliti Entoni (Sevryuk) də bildirib ki, Rus Pravoslav Kilsəsi Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqun qurulması üçün səyləri davam etdirməyə hazırdır.

"Hələlik belə bir görüşün keçirilməsi nəzərdə tutulmayıb. Amma belə bir görüşün təşkili üçün konkret ilkin şərtlər və ya imkan varsa, o zaman erməni kilsəsi hər zaman belə bir görüşdə iştirak etməyə hazırdır," – deyə din xadimi konfransda bildirib.

Eyni zamanda o xatırladıb ki, belə üçtərəfli format uzun illərdir fəaliyyət göstərir.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Patriarx Kirill Moskvadakı Danilov monastırında II Qaregin və Allahşükür Paşazadə ilə üçtərəfli danışıqlar aparıb. Ondan əvvəl patriarx onların hər biri ilə ayrıca görüşüb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »