Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanda Türkiyə panikası: 48 saatlıq şou başladı
Yunanıstanda Türkiyə panikası: 48 saatlıq şou başladı

Mart ayında İstanbulda görüşü baş tutan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə Türkiyə Prezidenti Ərdoğan arasında gərginlik hər dəqiqə artır. Belə ki, həm Ankara, həm də Afina rəhbərliyinin son bir neçə ildə verdiyi açıqlamalarda tərəflərin heç birinin bir addım belə geri çəkilmədiyi görünür.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, hadisələrin gedişatında Yunanıstandan yeni bir diqqətçəkici açıqlama gəlib.

Yunanıstanın ən çox oxunan qəzetlərindən biri olan “Ta Nea” Yunanıstanın müdafiə nazirinin müavini Nikos Hardaliasın “Yunan adalarına 48 saatlıq tur”a başladığını yazıb. Qəzet Türkiyənin “bir gecə qəfil gələ bilərik” təhdidindən sonra Hardaliasın dünən və bu gün ümumilikdə 10 yunan adasına səfər edəcəyini açıqlayıb.

Məlumata görə, Hardaliasın gedəcəyi adalar isə İkariya, Furni, Patmos, Lipsi, Leros, İncirli, Tilos, Halki, Kasot və İstanbul adlanır. Yunan rəsminin təmasda olacağı bu adaların Oniki Adalar qrupunda olduğu da bildirilib.

Qəzet yazır ki, mövzu ilə bağlı açıqlama verən Hardalias “Mesajımız aydındır. Yunanıstan tarix boyu beynəlxalq qanunlara və qaydalara əməl edib. Biz qonşularımızla qarşılıqlı əməkdaşlıq və hörmət çərçivəsində mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəyirik. Ölkəmiz həm keçmişdə, həm də indi Şərqi Aralıq dənizində sülh və sabitlik üçün mühüm qüvvədir.

Milli suverenliyimiz müzakirə mövzusu belə ola bilməz”,- deyə bildirib.

Onu da əlavə edək ki, Yunanıstan rəsmisi bu təmaslar zamanı bəzi təlimləri izləyəcəyini bildirib.

Qeyd edək ki, Hardaliasla birlikdə general-leytenant Dimitros Houpis və Ali Hərbi Şuranın yüksək rütbəli heyətinin də bu səfərdə iştirak edəcəyi açıqlanıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »