Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən Müharibəsinin birinci günü: “Mən Şuşaya bayraq taxacaqdım”
Vətən Müharibəsinin birinci günü: “Mən Şuşaya bayraq taxacaqdım”

Gözlədiyimiz zaman, gözlədiyimiz mübarizə əzmi, amma bəlkə də gözləmədiyimiz ümümxalq birliyi anı - 27 sentyabr 2020-ci il. İki ilin o üzündə qalan şərəf tarixdə 30 illik xəcalətdən qurtarmaq üçün hamının səfərbər olduğu gün yetişmişdi. Çoxlarının xəbərsiz olduğu, bəzilərinin güman etdiyi, amma müəyyən səlahiyyət sahiblərinin də dəqiq bildiyi Vətən Savaşının başlandığı gün gəlmişdi. Torpaqlarımızı işğaldan, alnımızı ləkədən qurtaracaq 44 günlük müharibənin başladığı zaman yetişmişdi.

Həmin günlər bəlağətsiz demək olar ki, bütövlükdə xalqın bir istinad nöqtəsi var idi – Cəbhə. Bəzən qəhrəman olmaq üçün təkcə silah götürüb cəbhədə vuruşmaq lazım gəlmir. İnsan özünü həmin anlarda daha uyğun, daha bacarıqlı olduğu yerdə görür və bütün imkanları ilə mübarizə aparırsa, o, ilk növbədə, özünün qəhrəmanı olmağı bacarır. Zəhmətinə veriləcək dəyər isə onu xalqının gözündə qəhrəman edir. Təbii ki, müharibənin əsas həlledici qüvvəsi döyüşçüdür. Biz hər zaman şəhidlərinizi rəhmətlə anmalı, qazilərimizi rəğbətlə qarşılamalıyıq. Bu onların bizim üzərimizdə qoyduqları haqdır.

Bir də həmin günlərdə bilik və bacarığı ilə yanaşı daxili ülvi vətənpərvərlik hissi ilə gərgin, emossional vəziyyətdə ordumuzun güvəc yeri, ikinci cəbhə hesab edilən həkimlərimizin də əməyini qiymətləndirməyə bilmərik. Onlar da ikinci cəbhənin qəhrəmanları oldular.

Həmin günü ömrünün ən həyəcanlı anı hesab edən, eyni zamanda da soyuqqanlı, qəti qərarlar verməyi vəzifə borcu olduğunu unutmayan, Vətən Müharibəsi zamanı Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmuş Aygün Nağıyeva iki il sonra o günləri xatırlayır:

Vətən Müharibəsinin birinci günü:

“44 gündən bir gün öncədən başlayım....

Biz cəbhə bölgəsinin həkimləri verilmiş təlimata uyğun olaraq hər zaman müharibənin başlayacağı anı gözləyir, yaralıları qəbil etməyə hazır idik. Bu bizim iş prinsipimiz idi. Amma həmin gün tam 24 saat xəstəxanadayıq. Müharibənin başlayacağını bilsək də, nə vaxt, hansı anda, hansı istiqamətdən başlayacağını bilmədən, tam hazır vəziyyətdə gözləyirik. Gecəni də gözlədik, saat ücə qədər hər kəs iş yerində idi...

Səhər 5-6 arası hiss etdim ki, kresloda donmuş vəziyyətdəyəm. Nərgiz həkim (həm də mənim bacımdır) zəng etdi, mən də ona “bir cay olsa, icərdim”, - dedim. O da səhərə qədər öz kabinetində olub. Həyat yoldaşının bizi gözlədiyini dedi və onunla Zobcuqdakı 5 saylı qəsəbədə olan evinə gedib qısa müddətə dincəlməyimizi təklif etdi. Mən etiraz edəcək halda deyildim.

Evə çatdıq, qarşımıza gətirilən çayı icməyə macal tapmadıq. Sanki yer yerindən oynadı, ev titrədi, sanki müqəddəs kitablarda yazılan “qiyamət” baş verirdi.

Nərgiz "qəzamız mübarək, bacı, başladı",- deyib, sevinclə mənə baxdı. Mən anlıq olsa da, özümü itirmişdim. Bu yəqin ki, həm də üzərimdə olam məsuliyyətin yaratdığı həyəcan idi. Tez maşına oturub yola düşdük, 4 -cü və 5 -ci qəsəbəarası yol ayrıcında ilk mülki yaralını götürən təcili- tibbi yardım maşını ilə qarşılaşdıq. Bu mənfur düşmənin atdığı raketlə evının həyətində yaralanmış Zobcuq qəsəbə sakiniydi.

Yaralılara ilk andan yüksək qayğı həm tibbi, həm insani cəhətdən yüksək səviyyədə idi. Zobcuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi xəstəxanasında ilk gündən olan tibbi heyəti: Mən, Natiq həkim, Niyazi həkim travmatoloq, Ruhəngiz həkim reanimatoloq, rentgenoloq Kamil həkim, Əhəd cərrah, Şəfa-poliklinika şöbə müdiri, rəhmətlik Yunis həkim , Sahib həkim laboratoriya müdiri, bir də “bacımı tək qoymaram”, - deyib axıra qədər yanımda olan, canından keçməyə hazır pediatr Nərgiz həkimdən ibarət idi.

Bir də həkimlərin “sağ əli” deyilən qəhrəman sürücülər, feldşerlər, tibb bacıları və xadimələr. Günortadan keçmiş, saat 3-4 arası Səhiyyə Nazirliyindən yeni xəstəxanaya köcmək əmr olundu. Hamı xəbəri eşitcək yeni xəstəxanaya tələsirdi. Yeni xəstəxana ən yeni aparatlarla təchiz olunmuş cəbhə xəttindən təxminən 40 km məsafədə yerləşirdi. Tam hazır vəziyyətdə olsa da, istifadəyə verilməmiş yeni xəstəxana binasına dislokasiya əmri verilmişdi.

Həm bu xəstəxananın cəbhədən 3 km hava xəttində olması qorxulu idi, həm də yeni xəstəxanada yeni cihazlarla işləmək həvəsi bu tələskənliyi bar az da artırmışdı...

Niyazi həkim, Nərgiz həkim ,Sahib həkim və mən əvvəlki xəstəxanada qaldıq.

Bakıdan gələn təcili tibbi yardım maşınları yaralı aparmağa gəlir. Onlar eşitdikləri gurultunun təsirindən "bizi tez yola salın ", - deyə bizi tələsdirirdilər. Biz isə illərdir vuruşan heyətdə olmuş kimi, tam qaydasında işimizi görürdük.

Sonralar o anları xatırlayanda, “bəs həmin anlarda biz niyə qorxmurduq”, - deyə hərdən öz -özümə sual verirəm. Buna cavabım da var: “Onda biz canımızın deyil, yaralının hayında idik,onlara daha yaxşı necə yardım etmək düşüncəsi qorxu hissini unutdurmuşdu. Hələ də bu subyektiv fikrində qalıram.

Artıq gecə xəstəxanada 40-a yaxın yaralı var idi. Hətta bir neçəsini təxliyə etmişdik. Kabinetə kecib televizorda xəbəri izləmək istəyirdim. Elə bir xəbər olmadığını görüb gəldiyim qapiya yox, niyəsə pəncərəyə tərəf getdim. Qaranlığa baxdım,o anda dron səsi eşitdim. Eşitmişdim nazik fit səsli olduğunu.Sonralar məni o pəncərəyə doğru aparan gözəl Yaradanın ədalətinə dəfələrlə şükür edəcəkdim.Amma o şükür sonra olacaqdı...

Həmin anda dron xəstəxananı cəkdı. Həyəcanla koridora çıxıb, kücəyə pəncərəsi olan palataların və kücə işıqlarının söndürülməsini tapşırdım.

Mən elə bilirdim, işıq gələn yeri vuracaqlar. Tibb bacıları sistemə nəzarət edə bilməyəcəklərini bildirəndə “telefon işıqlarını yandırın”,- deyə tapşırıq verdim. Xəstəxananın texniki xidmətə məsul işçilərindən olan Qədim Əliyevə zəng edib, maşınları xəstəxananın qarşısına gətirməsini istədim. O: “Ambulanslar yaralı gətirməyə gedib, qalan təssərrüfat maşınlarıdır”,- dedi. Onlarla necə yaralı daşınacağıq?”,- deyə soruşdu. Xəstəxana döşəklərini üst-üstə sərib yaralıları təxliyə etdik.

Səhər eşitdik ki, gecə saat 3-4 arası xəstəxanamız düşmən tərəfindən vurulub. Eyni vaxtda ön tərəfdəki yanğınsöndürənlərin binasının və digər tərəfdəki yaşayış evinin də vurulduğu xəbəri gəldi. O xəbər mənim üçün çox ağır olsa da, həm də qürurverici idi. Cünki 34 yaralını, orda olan tibbi heyəti və sayını dəqiq bilmədiyim könüllüləri qurtarmaq kimi bir sevincin qürurunu yaşayırdım. İlk gündən ikinci günə kecən gecə öndə təxliyə maşınları, arxada yardıma gəlmiş qohum Rəşad müəllimin maşını ilə Nərgiz və üc tibb bacısı olan maşında mən bir video cəkmişəm. Bu mənim yeganə cəkilişimdir. Başlığında qaranlıq gecə və 28 sentyabr saat 1.22 yazır telefon...

Amma ilk günün bir xatirəsini də sizinlə paylaşacam . Yaralılara bütün heyət ana - ata qayğısı ilə yanaşırdı. Günorta 12 radələrində gətirilən yaralı əsgər hündür səslə ağlayırdı . Hamı sakitləşdirməyə calışarkən , mən yaxınlaşıb nəvazişlə: "Bax, oğlum, Qurban sənə qorxma , sənin yaran yüngüldür", - dedim. O da , cavabında mənə: “Axı, niyə mən birinci gün yaralandım? Axı mən Şuşaya bayraq taxacaqdım”, - dedi və yenə ağlamağa başladı. Tibb işçiləri, hətta digər həbçilər də onu sakitləşdirə bilmirdi.

O qədər qürurluydum ki,hec təsəvvür belə etməzsiniz . İlahi, bizim analarımız nə qədər gözəl övlad böyütmüş. Hər biri ilə qürur duyulası igidlədir. Həm də o əsgər balamız hələ 18 yaşını təzə tamamlamışdı.

Doğrudur, 44 gün bizim həyatımızda çox kədərli izlər buraxdı, amma mən o ŞƏHİD oğullar böyütmüş "ŞƏHİD" ANALARın əllərindən, yaşlı gözlərindən öpür, qarşılarında baş əyməyi özümə borc bilirəm. Qazılərimizə bir ömür sağlamlıq arzulayıram...

Bu mənim , 44 günlük "müharibənin ilk günündən olan təəssüratlarımdır...

Ardı var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »