Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq - "Bloomberg"
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq - "Bloomberg"

ABŞ sentyabrın 28-də Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü "Bloomberg" iki mənbəyə istinadən məlumat yayıb.

Agentlik mənbələri bildiriblər ki, Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində verilən pul Kiyevə ABŞ-ın müdafiə podratçılarından silah və hərbi texnika almağa imkan verəcək.

"Beləliklə, Vaşinqtondan Kiyevə hərbi yardımın ümumi həcmi 2021-ci ilin yanvarından 16 milyard dollara çatacaq, bu məbləğin böyük hissəsi fevralın 24-dən sonra göndəriləcək", - deyə "Bloomberg" qeyd edib.

"Reuters"in məlumatına görə, paketə həmçinin HIMARS çox buraxılış raket sistemləri (MLRS), pilotsuz uçuş əleyhinə silahlar, radar sistemləri və ehtiyat hissələri daxil olacaq.

Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya "xüsusi hərbi əməliyyat" adı altında müharibə elan edib. Rusiya orusu Ukrayna ərazisinə daxil olaraq yaşayış məskənlərini işğal edib. Qərb Rusiyanın bu qərarına cavab olaraq ona qarşı tədricən çoxsaylı və irimiqyaslı sanksiyalar tətbiq etməyə başladı. Bununla yanaşı, Qərb dövlətləri Kiyevə indiki mərhələdə on milyardlarla dollar dəyərində silah və hərbi texnika tədarük etməyə başlayıblar.

Qərb ölkələrinin yardımı ilə silahla təhciz edilən Ukrayna Silahlı Qüvvələri Kiyevin yaxınlığına qədər irəliləyən rus qoşununa müqavimət göstərilərək əks-hücum əməliyyarlarına başlayıb. Artıq Rusiya bəzi şəhərlərdən geri çəkilməyə məcbur edilib. Bundan sonra Putin "qismən səfərbərlik"lə bağlı fərman verib.

ABŞ və Avropa ölkələrin rəhbərləri dəfələrlə qələyəyə qədər Ukraynaya yardım edəcəklərini bildiriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »