Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev Baydenin köməkçisi ilə görüşüb
Hikmət Hacıyev Baydenin köməkçisi ilə görüşüb

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan çərşənbə axşamı Azərbaycan və Ermənistandan olan həmkarları ilə ölkələr arasında məsləhətləşmələrin perspektivlərini və sülhməramlı tədbirləri müzakirə edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Twitter-də məlumat verib.

Sallivanın sözlərinə görə, bu məsləhətləşmələrdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan  iştirak edib.

"Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa, konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və diqqətli danışıqların vaxtında aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və davamlı sülhə dəstək üçün konkret növbəti addımları da müəyyən etdik", - Sullivan deyib. O, bu məsləhətləşmələrin konkret olaraq harada və hansı formatda keçirildiyini açıqlamayıb.

Sentyabrın 13-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin ölkənin yaşayış məntəqələrini atəşə tutması barədə məlumat yayıb. Bakı bunun İrəvanın təxribatlarına cavab olduğunu bildirib. Daha sonra Azərbaycan atəşkəslə bağlı razılıq əldə etdiyini, Ermənistan isə atəşin davam etdiyini açıqladı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »