Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiyaya malların ixracına tam qadağa qoyub
Ukrayna Rusiyaya malların ixracına tam qadağa qoyub

Ukrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın gömrük ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.

Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.

Baş nazirin birinci müavini Yuliya Sviridenkonun sözlərinə görə, bu yolla Ukrayna Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirir.

Son xəbərlər
Bütün xəbərlər »