Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibədən qaçan ruslar Qazaxıstana gedir
Müharibədən qaçan ruslar Qazaxıstana gedir

"Qazaxıstan hakimiyyəti Rusiya vətəndaşlarının respublikaya gəlməsi ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparmaq niyyətindədir".

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə axşamı Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Türküstan vilayətinin ictimaiyyəti ilə görüşündə deyib.

“Son günlər Rusiyadan bizə çoxlu adamlar gəlir. Biz onların qayğısına qalmalı, təhlükəsizliyini təmin etməliyik. Bu, siyasi və humanitar məsələdir. Mən hökumətə lazımi tədbirlər görməyi tapşırdım. Biz Rusiya tərəfi ilə danışıqlar aparacağıq və bu problemi ölkəmizin maraqları naminə həll edəcəyik. İnanıram ki, biz birlikdə vəyiyyətə aydınlıq gəti biləcəyik”, - mətbuat xidməti dövlət başçısının sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, bu çətin vəziyyətdə, ilk növbədə, insanlıq, səbir və təşkilatçılıq nümayiş etdirmək lazımdır. “Bizim böhran və panikamız yoxdur. Bacardığımız qədər gələnləri qəbul edəcəyik. Lakin hökumət öz işini görməlidir. Xaricdən gələn qonaqlara köməklik göstəriləcək, lakin onlara heç bir üstünlük verilməyəcək.

Bütün işlər qanuna və öhdəliklərimizə uyğun aparılmalıdır. Biz onların gələcək taleləri barədə də Rusiya ilə razılaşdırılmış tədbirlər görəcəyik. Buna görə də Rusiya ilə danışıqlar aparmaq niyyətindəyik”, - Tokayev bildirib.

Eyni zamanda, Qazaxıstan prezidenti qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü sarsılmaz olmalıdır. “Əsas prinsip budur. Mən bu barədə həmişə beynəlxalq aləmdə açıq və aydın demişəm. Təsadüfi deyil ki, mən bu yaxınlarda BMT-nin ən yüksək kürsüsündən çıxışımda bunu bir daha vurğuladım. Hər bir dövlət öz ərazisini  qoruduğu kimi, başqa dövlətlərin də ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”, - deyə respublika rəhbəri əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »