“ABŞ-ın Rusiya Federasiyası ilə daha aqressiv, sərt qarşıdurma üçün öz peyklərini səfərbər etmək cəhdləri də var”.
Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, Vaşinqtonun Moskva ilə qarşıdurma xətti getdikcə daha qorxulu olur.
"İş fərqli oldu. Biz sözün əsl mənasında böhranın idarə edilməsi ilə məşğuluq. Amerikalıların getdikcə kəskinləşən və getdikcə narahat edən davranışları ilə daim məşğul olmaq lazımdır",- deyə Ryabkov Rusiyanın Birinci Kanalında şərh verən zaman bildirib.
Ryabkov həmçinin bildirib ki, Rusiya ilə ABŞ arasındakı münasibətlərdəki tıxanıqlıqları “açdırmaq” lazım gələcək, lakin Vaşinqtonda yeni səfir Linn Treysinin təsdiqlənməsini gözləmək lazımdır.
"Bu tıxanıqlıqlar (Rusiya Federasiyası ilə ABŞ arasındakı münasibətlərdə - red.) yəqin ki, zamanla aradan qaldırılmalı olacaq. Xanım Treysinin nə dərəcədə uğurlu və ya çox uğursuz olacağı Amerika tərəfi üçün sualdır. Amma ilk növbədə gəlin, onun senatda lazımi prosedurlardan keçəcəyi anı gözləyək”, - deyə nazir müavini əlavə edib.
Bundan əvvəl Rusiya ABŞ-ın Moskvaya səfir təyin etmək istədiyi Linn Treysi ilə bağlı əvvəlcədən razılıq verib.
Leyla, Bizimyol.info