Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məğlub Moskvadan daha bir şantaj: "Nüvə silahından istifadə hüququmuz var"
Məğlub Moskvadan daha bir şantaj: "Nüvə silahından istifadə hüququmuz var"

"Rusiya düşmən olan qonşularında, məsələn, Ukraynada nüvə silahının görünməsinin qarşısını almaq üçün hər şeyi edəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev bildirib.

“Bizə düşmən olan qonşularımızda nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər şeyi edəcəyik. Məsələn, bu gün NATO ölkələrinin birbaşa nəzarətində olan nasist Ukraynasında bu silahın olmasını istəmərik”,- deyə o, Telegram kanalında yazıb.

Eyni zamanda Medvedev bildirib ki, Kiyev rejiminin ağlına və siyasi iradəsinə güvənmək mənasızdır: "Ancaq düşmən ölkələrin onlara göz yuman sağlam düşüncəsinə və özünü qorumaq hissinə hələ də kövrək bir ümid var. Onlar başa düşürlər ki, Rusiya üçün təhlükə müəyyən edilmiş həddi keçərsə, biz cavab verməli olacağıq. Heç kimdən icazə almadan, uzun məsləhətləşmə aparmadan və bu, qətiyyən blef deyil”,- deyə Medvedev qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının nüvə silahından istifadə etmək hüququ var. “Rusiyanın lazım gələrsə, nüvə silahından istifadə etmək hüququ var. Əvvəlcədən müəyyən edilmiş hallarda. Nüvədən çəkindirmə sahəsində Dövlət Siyasətinin Əsaslarına ciddi şəkildə uyğun olaraq biz bu silahdan da istifadə edə bilərik”,- siyasətçi yazıb.

Medvedev Rusiyanın nüvə təhlükəsinin son vaxtlar gündəmə gəldiyinə diqqət çəkib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Liz Truss, eləcə də digər Qərb siyasətçiləri “Atlantik alyansı ağzınadn sıçrayan su ilə Rusiyadan əlini “nüvə düyməsi”ndən çəkməyi tələb edir, hamı birlikdə bizi daima, əgər Rusiya nüvə silahından istifadə edərsə, “dəhşətli” nəticələrlə hədələyirlər. O, həmçinin qeyd edib ki, Truss hətta "ölkəmizlə dərhal nüvə zərbələri mübadiləsinə başlamağa" hazır olduğunu bəyan edib.

Siyasi opponentlərə Rusiyanın nüvə doktrinasının məzmununu xatırladan Medvedev "əgər bir ölkə və ya onun müttəfiqləri bu silah növündən istifadə etməklə hücuma ermək istəsə və ya adi silahlardan istifadə etməklə təcavüz Rusiya Federasiyasının özünün mövcudluğuna təhlükə yarandığını görürsə, bu nüvə silahından istifadə üçün əsas ola bilər",- deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »