Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sentyabrın 27-nə olan hava proqnozu
Sentyabrın 27-nə olan hava proqnozu

Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 45-50 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »