Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, Ermənistan hərbçilərinin zərərinə işləyəcək addımdır"
"Bu, Ermənistan hərbçilərinin zərərinə işləyəcək addımdır"

Bir neçə gün öncə, Ermənistan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı qeyd edib ki, son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib. Nazirin sözlərinə görə, 10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir.

Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan hərbçiləri Azərbaycanın nəinki Laçın rayonunda, Azərbaycan əraziləri olan digər bölgələrimizdə də, yəni əvvəllər işğal altında olmuş ərazilərdə piyada əleyhinə minalar yerləşdirirdilər. O, qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış sənədə əsasən Ermənistan tərəfi öz hərbçilərini Azərbaycan ərazisindən çıxaracağını təmin edəcəkdi. Amma təəssüflər olsun ki, Ermənistan buna əməl etmir. Azərbaycan da öz hərbçiləri vasitəsilə erməni təxribatının qarşısını alır. Cənab Ali Baş komandan bütün çıxışlarında Ermənistanı sülhə səsləyir və Ermənistana təxribatlardan əl çəkməyi səsləyir. Ancaq, təəssüflər olsun ki, Ermənistan dövləti yenə də öz təxribatlarındadır. Hərbi birləşmələrinə hökm edə bilmir. Ermənistanın hazırkı hakimiyyəti sülhün tərəfdarı olduğunu bəyan etsə də, Ermənistan hərbçiləri bu əmrə və anlayışa müsbət yanaşmır. Hakimiyyət ilə hərbçilər arasında fikir ayrılığı var, əməl ayrılığı var. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov BMT Assamblyesaında çıxış zamanı qeyd etmişdir ki, Ermənistan hərbçilərinin təxribatçılığı nəticəsində Azərbaycanın əsgərləri şəhid olur.

Ramiz Alıyev Ramiz Alıyev

“Ermənistan tərəfi 10 noyabr 2020-ci ildə üç tərəfli yazışma səthində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Sülh müqaviləsini uzatmaqla, öz təxribatları ilə bunu ləngitmək ilə sülh müqaviləsinə aparan yolu bir növ minalayır. Bunu belə qeyd edərdim. "Ermənistan hərbçiləri Azərbaycan ərazilərini minalamaqla yanaşı həm də sülhə gedən yolu minalamış olur". Bu, Ermənistan hərbçilərinin zərərinə işləyəcək bir addımdır. Çünki, Azərbaycan tərəfi bütün təxribatlara lazımi formada cavab verir. Cənab Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan ordusu öz vəzifə borclarını layiqincə yerinə yetirir. Düşmənə layiqli cavabı verir. Hər bir ölkə buna şahiddir. Ermənistan təxribatçı davranışdan əl çəkmir. Nə qədər zərbə alsa da, nə qədər məhv edilsə də xeyri yoxdur. Onlar öz fikirlərindən əl çəkmirlər”,- deyə Ramiz Alıyev əlavə edib.

Politoloq bildiirb ki, Ermənistan artıq sülhə gəlməlidir, əks halda çox ciddi problemlər yaşaya bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »