Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistandakı Rusiya bazasının pilotları təlim keçirlər
Ermənistandakı Rusiya bazasının pilotları təlim keçirlər

İrəvandakı Erebuni aviabazasında pilotlar nəzarət yoxlamasından keçməyə hazırlıq məqsədilə təlim keçiblər.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb. Xəbərdə bildirilir ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əməliyyat-taktiki, ordu aviasiyasının ekipajları aviasiya və helikopterlərin şərti olaraq alternativ aerodromlara köçürülməsini həyata keçirib.

Bildirilir ki, Ermənistan Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, təlim “yay təlimi dövrünə nəzarət” yoxlamasından keçməyə hazırlıq məqsədilə baş tutub.

Qeyd edilir ki, aviabazanın pilotları tək sıra ilə, cüt-cüt, bölmələr və eskadrilya tərkibində 250-1,5 min metr hündürlükdə və o cümlədən Alagyaz yüksək dağının üzərində müxtəlif uçuş sürətlərində xüsusi uçuş tapşırıqlarını yerinə yetiriblər.

Həmçinin bildirilir ki, “yay təlimi dövrünə nəzarət-yoxlama” tədbirlərinə hazırlıq çərçivəsində Cənub Hərbi Dairəsinin aviabazasının, uçuşu idarəetmə qruplarının, habelə uçuş növbəsini təmin edən bölmələrin mühəndis-texniki heyətinin işi yoxlanılıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »