Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada kritik günə geri sayım başladı
Ukraynada kritik günə geri sayım başladı

Rusiya Prezidenti Vladimir Putinin 30 sentyabr cümə günü Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdiklərini bəyan etməsi gözlənilir. Belə ki, bu tarixdən etibarən Ukraynanın işğal olunmuş ərazilərini geri almaq uğrunda mübarizəsi Kreml tərəfindən “hücum” kimi qiymətləndiriləcək.

Bizimyol.info xəbər verir ki, bu arada Putinin Rusiyanın bütün ərazisində və ya Ukrayna sərhədinə yaxın ərazilərdə hərbi vəziyyət elan edəcəyi haqda da danışılır.

Kritik tarix yaxınlaşdıqca Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə silahının mümkün istifadəsi ilə bağlı yeni açıqlama verib: "Bizim konstitusiyamız, qanunlarımız və hərbi doktrinamız Rusiyanın tərkibinə daxil ediləcək yeni torpaqlarda qüvvədə olacaq.

Rusiya torpaqlarını müdafiə etmək üçün bütün vasitələrdən, o cümlədən nüvə silahından istifadə ediləcək”.

Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ və digər dövlətlərin də eyni şəkildə cavab verə biləcəyi ehtimalına toxunan Lavrov “Bildiyim qədər, ABŞ özünü Ukrayna münaqişəsində tərəf kimi görmür. O, Rusiyaya qarşı nüvə silahından istifadə etməyə hazır olduğunu da bəyan etməyib. ABŞ və müttəfiqləri yalnız Ukraynaya adi silahlar verməklə tərəf tuturlar”,- deyə bildirib.

Digər tərəfdən, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Amerika mətbuatına verdiyi açıqlamada “Rusiya qırmızı xətti keçərsə, bunun Rusiya üçün fəlakətli nəticələri olacaq. ABŞ buna qəti şəkildə cavab verəcək”,- deyə bildirib.

Onu da əlavə eədk ki, Rusiya lideri Putin Ukraynanın təxminən 20 faizini ilhaq etdiyini elan etməyə hazırlaşarkən, Ukrayna isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili iclasa çağırıb. Kiyev Moskvanın dörd bölgədə keçirdiyi referendumları sabah toplanacaq BMT Təhlükəsizlik Şurasının idarə etməsini istəyir. BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Rusiyanın BMT-dən müvəqqəti çıxarılmasına dair Baş Assambleyada səsvermə də tələb olunacaq.

Məlumat üçün bildirək ki, BMT Təhlükəsizlik Şurasında ABŞ, İngiltərə və Fransa Ukraynanın tərəfindədir. Rusiya səsverməyə veto qoysa və Çin bitərəf olsa belə, Rusiyanın ölkədən çıxarılması məsələsi səs çoxluğu ilə həll edilə bilər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »