Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriya və Ermənistan xarici işlər nazirləri görüşdü – Türkiyə müzakirə olundu
Suriya və Ermənistan xarici işlər nazirləri görüşdü – Türkiyə müzakirə olundu

Türkiyənin Suriyada Bəşər Əsəd administrasiyası ilə dialoq qapısını tərk etməsi ilə bağlı bəyanatlar müzakirə olunmağa davam edərkən, həftə sonu BMT Baş Assambleyasının iclaslarının keçirildiyi Nyu-Yorkda Suriya və Ermənistan xarici işlər nazirləri bir araya gəlib.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Mikdadın şənbə günü erməni həmkarı Ararat Mirzoyan ilə görüşündə Türkiyə ilə münasibətlər gündəmin əsas mövzusu olub. İki ölkə arasındakı münasibətlərə toxunan nazirlər Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində atılan son addımları da müzakirə ediblər.

Məlumata görə, görüşdə Türkiyə ilə Suriya arasındakı təmasların da gündəmdə olduğu bildirilib.

Bundan əlavə, erməni mediası iki nazirin görüşünün Azərbaycan və Ermənistan arasında son münaqişələrdən sonra baş tutmasına diqqət çəkib. Qeyd olunub ki, Mirzoyan Azərbaycan sərhədində baş verən son hadisələr və Türkiyə ilə normallaşma danışıqları barədə Mikdadı məlumatlandırıb.

Xatırladaq ki, Suriyanın xarici işlər naziri Faysal Mikdad ötən həftə Türkiyənin verdiyi vədləri yerinə yetirməməsinin Suriyada sülh prosesinin qarşısını alan yeganə maneə olduğunu bildirib.

Mikdad Türkiyənin Suriya böhranının həlli ilə bağlı Astana Platforması çərçivəsində verdiyi vədlərə əməl etməsini istədiklərini ifadə edərək, “Türk tərəfinin Astana prosesində verdiyi vədləri yerinə yetirməsində daha ciddilik gözləyirik. Hazırda yeganə maneə budur. Bununla belə, rus və iranlı dostlarımızın səylərinin düzgün istiqamətdə getdiyinə inanırıq”,- deyə qeyd edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »