Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski istədiyi silahı ABŞ-dan aldı
Zelenski istədiyi silahı ABŞ-dan aldı

Ukraynada müharibədə balansı dəyişə biləcək yenilik baş verib. Belə ki, müharibənin ilk günündən hava üstünlüyünə sahib olan Rusiya ilə döyüşmək üçün hər fürsətdə hava hücumundan müdafiə sistemi istəyən Ukrayna prezidenti Volodimir Zelenski istədiyinə nail olub.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə fevralın 24-də saat 06:00-da başlayan müharibə sürətini azaltmadan davam edir. Son zamanlar ölkənin müxtəlif bölgələrində hücuma keçən Ukrayna bəzi bölgələri Rusiya işğalından azad edib. Rusiya isə bu inkişafa qismən səfərbərlik qərarı verməklə cavab verib.

Rusiyanın hava üstünlüyünün olduğu müharibədə Ukraynanın əlini gücləndirəcək yeni bir inkişaf baş verib, Zelenskinin müharibə başlayandan israr etdiyi hava hücumundan müdafiə sistemi Ukraynaya gəlib.

CBS News-da Marqaret Brennanın qonağı olan Ukrayna lideri ABŞ-ın təqdim etdiyi Milli Qabaqcıl Yer-Hava Raket Sisteminin (NASAMS) onlara çatdığını bildirib.

ABŞ-dan tank da tələb etdiklərini vurğulayan Zelenski Vaşinqtonun bu addımı atacağı təqdirdə Almaniya kimi digər ölkələrin də buna əməl edəcəyini bildirib. Bundan əlavə, Zelenski tankların köməyi ilə Ukraynanın işğal olunmuş şəhərlərini daha asan xilas edə biləcəklərinə diqqət çəkib.

Ukrayna lideri həmçinin xəbərdarlıq edib ki, nüvə müharibəsi “real ola bilər”. Putinin dünyanı qorxutmaq istədiyini ifadə edən Zelenski “Bəlkə də dünən blef idi. İndi bu, reallıq ola bilər. Mən Putinin blef etdiyini düşünmürəm" deyən Zelenski dünyanın Rusiya liderinə təzyiqlərini davam etdirməli olduğunu bildirib.

Zelenski həmçinin Krımı Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra geri alacağına söz verib.

Məlumat üçün bildirək ki, Xersonun geri alınması digər işğal olunmuş şəhərlərə də ümidi artıracaq. Bundan başqa, şəhəri alaraq Zelenskinin göstərdiyi Krım yolunu da açacaq. Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır. Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini şərh edirlər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »