Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə hökumət sıx gündəmlə toplanır: Gözlər Ərdoğanda...
Türkiyədə hökumət sıx gündəmlə toplanır: Gözlər Ərdoğanda...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistan və ABŞ-la təmasları səbəbindən ötən həftə toplana bilməyən Nazirlər Kabineti bu gün Beştəpədə toplanır.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, Nazirlər Kabinetində Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatı və BMT Baş Assambleyası çərçivəsində təmaslarının təfərrüatları müzakirə olunacaq.

Bildirilir ki, oktyabrın 1-də açılacaq yeni qanunvericilik dövrü əvvəli Məclis qarşısındakı əsasnamələr də mühüm toplantının mövzuları arasında olacaq.

Məlumata görə, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsindən sonra Türkiyənin vasitəçiliyi ilə daimi atəşkəsə nail olmaq üçün atılacaq yeni addımlar da Nazirlər Kabinetinin gündəmində olacaq.

Bu kontekstdə Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından əvvəl Türkiyənin təklifləri və Moskvanın qismən səfərbərlik elanı da müzakirə olunacaq.

Yunanıstanın Türkiyəyə qarşı təzyiqləri də görüşün mühüm mövzuları arasında olacağı qeyd edilir. Bu çərçivədə Yunanıstan baş naziri Kiriakos Mitsotakisin sülh və dialoq mesajının, xüsusilə adaların silahlandırılmasının kabinetdə gündəmə gəlməsi gözlənilir.

Bundan əlavə, iclasda yüksək inflyasiyaya qarşı alınacaq yeni tədbirlər, Mir Kart alternativlərinin müzakirə edildiyi İstanbulda iqtisadiyyat toplantısının təfərrüatları, sosial mənzil kampaniyasında son vəziyyət də müzakirə olunacaq.

Qeyd edək ki, terror təşkilatlarına qarşı əməliyyatların müzakirə ediləcəyi toplantıda Ərdoğan xalqa müraciəti ilə bağlı qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »