Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda 20 yaşlı qız öldürülüb, siyasi məhbusdan xəbər yoxdur
İranda 20 yaşlı qız öldürülüb, siyasi məhbusdan xəbər yoxdur

İranda 22 yaşlı Məhsa Əmininin "hicab qaydalarına əməl etmədiyi" səbəbi ilə saxlanıldıqdan sonra ölümünə görə başlayan nümayişlər davam edir.

Bizimyol.info xəbər verir ki, ölkədə müxalifət xəbər saytı kimi tanınan "IranWire"nin verdiyi məlumata görə, Kərəcdə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 20 yaşlı Hedis Nəcəfinin öldüyü bildirilib.

"Sentyabrın 21-də Kərəc rayonunda keçirilən nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində bədəninin müxtəlif yerlərindən yaralanan 20 yaşlı Hedis Nəcəfi rayondakı Kaim Xəstəxanasına aparıldıqdan sonra orada dünyasını dəyişib", - deyə sayt yazır.

Sosial mediada yayılan xəbərə görə, bacısı Hedis Nəcəfinin dünyasını dəyişdiyi barədə məlumatı təsdiqləyib.

Digər tərəfdən sosial mediada yayılan görüntülərdə Hədis Nəcəfi olduğu iddia edilən şəxsin saçlarını bağlayaraq aksiyaya qatılmağa hazırlaşdığı görünür.

Qeyd edək ki, sentyabrın 16-da İranın paytaxtı Tehranda “əxlaq polisi” kimi tanınan "İrşad" patrulları tərəfindən nəzarətə alındıqdan sonra xəstəxanaya yerləşdirilən Məhsa Əmininin ölümü ölkədə hiddətə səbəb olub.

Sentyabrın 17-də Əmininin məmləkətində dəfnindən sonra başlayan etiraz aksiyaları qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.

Tehran Polis İdarəsi Əmininin ölümü ilə bağlı verdiyi açıqlamada Əmininin uyğun olmayan baş örtüyünə görə saxlanıldığını, daha sonra heç bir fiziki təmas etmədən polis idarəsində huşunu itirdiyini bildirib.

Saytın verdiyi məlumata görə Ərdəbil şəhərinin də etirazlara qoşulması ilə eyni vaxtda Ərdəbil həbsxanasında həbsdə olan siyasi məhbus Abbas Lisaninin telefon danışığına qadağa qoyulub.

Abbas Lasani 4 gündür ailəsi və dostları ilə heç bir əlaqə yarada bilmir. Bu məsələ onun ailəsini və yaxınlarını narahat edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »