Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın nüvə silahından istifadəsinə qarşı planımız var" - ABŞ
"Rusiyanın nüvə silahından istifadəsinə qarşı planımız var" - ABŞ

"ABŞ administrasiyası Rusiya tərəfindən ehtimal edilən nüvə silahından istifadə ediləcəyi hal üçün plan hazırlayıb, lakin Vaşinqton bütün diqqətini Ukrayna ətrafındakı vəziyyətin mövcud münaqişənin genişlənməsinə səbəb olmamasına yönəldib".

Bizimyol.info xəbər verir ki, bu sözləri bazar günü "CBS" telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə administrasiyanın planının olub-olmaması ilə bağlı sualı cavablandıran Blinken: "Əlbəttə bizim planımız var",- deyib.

Blinken hadisələrin bu cür inkişafı halında Vaşinqtonun ata biləcəyi konkret addımları müzakirə etməyib: “Nəticələrin nə olacağı sualına girməyəcəyəm. Nüvə silahının hər hansı istifadəsi təbii ki, ondan istifadə edən ölkə üçün, həm də bir çox başqaları üçün fəlakətli olar”,- deyə dövlət katibi bildirib.

Entoni Blinken Entoni Blinken

Ağ Ev rəsmisinin qeyd etdiyi kimi, ABŞ administrasiyası Rusiya rəhbərliyinə nüvə silahından istifadə ilə bağlı məsuliyyətsiz bəyanatların dayandırılmasının vacibliyini bildirib.

“Biz Rusiyaya çox açıq şəkildə - açıq və özəl şəkildə - nüvə silahları ilə bağlı məsuliyyətsiz bəyanatların verilməsini dayandırmağı söylədik. Bəli, Moskvanın bizi eşitməsi və nəticələrinin ağır olacağını bilməsi çox vacibdir. Və biz bunu çox açıq şəkildə bildirdik. İnsanları həyəcanlandırmaq lazım deyil",- jurnalistin ABŞ və Rusiyanın bu mövzuda qeyri-ictimai əlaqələri olub-olmaması ilə bağlı sualına Blinken belə cavab verib.

Dövlət katibinin sözlərinə görə, ABŞ nüvə silahı ilə bağlı bəyanatlar baxımından bütün tərəflərin "məsuliyyətlə hərəkət etməsini" təmin etməyi tövsiyə edir: "Gözlənilən hər bir təhlükə üçün cavab tədbirimiz var, amma istəyirik ki, hər kəs verdiyi bəyanatın məsuliyyətini anlasın",- deyib.

Xatırladaq ki, Vladimir Putin "bizim başqa silahlarımız da var, bu zarafat deyil" deyərək üstüörtülü şəkildə nüvə silahı ilə hədələmişdi. Bu açıqlamaya ilk olaraq Britaniyadan cavab gəldi. Baş nazir Liz Truss bildirdi ki, Rusiyanın nüvə hədələri Ukraynaya dəstəyimizi azaltmayacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »