Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə keçmiş baş nazirə: "Geri dönmə!", - dedilər
İsraildə keçmiş baş nazirə: "Geri dönmə!", - dedilər

“Demokratik və azad İsraili qorumaq naminə” fəaliyyət göstərən “ölkənin taleyi üçün ultra-pravoslav” vətəndaşların nümayişləri ölkənin şimalındakı Qoma qovşağından Eylata qədər olan körpü və yol ayrıclarını tutan qələbəlik nümaiş etdiriblər.

Bizimyol.info xəbər verir ki, İsrail mətbuatının verdiyi məlumata görə, bu gün təxminən 150 icmada nümayiş keçirilir və bu şənbə hər mərkəzdə iştirakçıların sayı getdicə hada da artıb.

Nümayişçilər müxalifət lideri Benyamin Netanyahuya qarşı: "Geri dönmə!", - deyə şüarlar səsləndiriblər.

Etirazçılar adından: "Hadas Kleinin ifadəsi ittiham aktını təsdiq edir. Təqsirləndirilən şəxs də bunu bilir və onun keçməyəcəyi qırmızı xətt sadəcə yoxdur. Nəsrullahı öz kampaniyasına cəlb edən, troya atları kimi kahançıları Knessetə gətirən, ədalətdən qaçmaq üçün dövləti ekstremistlərə satan bir kəs hökumətin başçısı olmamalıdır. Biz bunun baş verməsinə imkan verməyəcəyik. Zəhər maşınının zorakılığı və təhriki bizi dayandıra bilməz. Biz körpülərə, yol ayrıclarına qayıtdıq ki, o, hakimiyyətə qayıtmasın!",- deyə yayılan müraciətdə bildirilir.

Rəqibləri onun hakimiyyətdən getməsindən sonra ölkədə qurulan hökumətlərin qısa zamanda parçalanaraq idarəetməni itirmələrində Netanyahunun "əməyi" olduğunu bildirirlər.

Qeyd edək ki, müxalifət lideri, 73 yaşlı kçmiş baş nazir Benyamin Netanyahu yenidən seçilərdə iştirak edərək bir il əvvəl itirdiyi postuna geri dönmək istəyir. Xatırladaq ki, siyasətçisi 2009-2021-ci illərdə İsrailin doqquzuncu baş naziri olub. O, İsrail tarixində ən uzun müddətli baş nazir olmaqla yanaşı, dövlətin qurulmasından sonra doğulan ilk baş nazirdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »