Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İğtişaş törədən ABŞ tərəfdarları məsuliyyətə cəlb olunacaqlar"
"İğtişaş törədən ABŞ tərəfdarları məsuliyyətə cəlb olunacaqlar"

"İranla düşmənçilik edən qüvvələrin ölkədə sabitliyi pozmaq məqsədi daşıyan hərəkətləri İslam Respublikasının tərəqqisinə mane ola bilməyəcək".

Bizimyol.info xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vahidi deyib.

“İslam qanunlarına riayət etməklə iğtişaşlara qarşı mübarizəyə və vətəndaşların hüquqlarını qorumağa davam edəcəyik. Soyğunçuluq törədən, dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına hücum edən bütün iğtişaşçılar məsuliyyətə cəlb olunacaqlar”,- deyə nazir bildirib.

Vahidinin sözlərinə görə, etiraz qrupları “ABŞ-ı tərəfdarları və antiinqilab qüvvələri” tərəfindən əvvəlcədən hazırlanıb. "Mütəşəkkil dəstələr ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Onlar xalqla hakimiyyət və hüquq-mühafizə orqanları arasına qrşıdurma yaratmağa cəhd edirlər. Biz bunun hansı qüvvələr tərəfindən idarə olunduğunu bilirik və onlara çirkin niyyətlərini həyata keçirməklərinə imkan verməyəcəyik. İran xalqı öz dövlətini sevir və qanunlara sadiqdir",- deyə nazir qeyd edib.

Vahidi: “Sonradan hakimiyyətləri günahlandırmaq məqsədi ilə sadə insanların öldürülməsi ssenarisi yaradılıb. Bunlar faktdır. Hər dadisəyə görə xüsi hazırlanmış quruplarınolduğunu və onların törətdikləri qətillər barədə məlumatları araşdırırıq. Müəyyən nəticələr əldə olunub və eyni zamanda araşdırma davam edir”,- deyə o bildirib.

İranda 22 yaşlı Məhsa Aminin ölümündən sonra ölkədə başlayan irimiqyaslı etirazlar bir neçə gündür ki davam edir. Rəsmi versiyaya görə, qız sentyabrın 16-da hicabını səhv taxdığına görə saxlanıldıqdan sonra polis idarəsində dünyasını dəyişib.

Yerli əhali Amini hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülərək öldürüldüyünü bildirir. Etirazçılar deyirlər ki, polislər dəyənəklə onun başına burublar, həmçinin onu saxlayan zaman gənc qadının başını maşına çırpıblar.

İran polisi isə Aminin ürək çatımazlığından qəflətən öldüyünü deyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »