Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna millisi Ermənistanı darmadağın edib
Ukrayna millisi Ermənistanı darmadağın edib

Sentyabrın 24-də UEFA Millətlər Liqasında Ukrayna millisi səfərdə Ermənistanla qarşılaşıb.

Bizimyol.info xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Aleksandr Petrakov iradəli qərar qəbul edərək bazada Şotlandiya ilə uğursuz son matça başlamayan 11 yeni futbolçunu start heyətinə buraxıb.

22-ci dəqiqədə Oleksandr Zubkov ötürmə edib və Aleksandr Tımçik ötürməni qəbul edərək millinin forması ilə debüt qolunu vurub.

İkinci hissədə artıq Tımçik Zubkova assistentlik edərək ona təşəkkür borcunu yerinə yetirib. Zubkov komanda yoldaşını pərişan etməyib. Daha sonra Zubkov Artem Dovbikə kömək etdi. "Dnepr-1"in hücumçusu da öz növbəsində bu fürsəti qola çevirib, eləcə də Tımçik üçün Ukrayna millisində debütü olan Daniil İqnatenkoya məhsuldar ötürmə edib.

Dovbik matça 84-cü dəqiqədə son qoyub - tabloda 0:5!

Ermənistan - Ukrayna - 0:5

Qollar: Tımçik, 22, Zubkov, 57, Dovbik, 69, 84, İqnatenko, 81

Ermənistan: Yurçenko - Marqaryan (Monroy, 75), Çalışir, Mkoyan (Voskanyan, 76), Hambartsumyan, Daşyan - Bayramyan, Qriqoryan, Biçaxçyan (Arutyunyan, 46) - Selarayan (Serobyan, 82), Barseqyan (Şaqoyan, 63)

Ukrayna: Lunin - Kaçaraba, Krivtsov (Matvienko, 76), Zabarnı - Mykolenko, İqnatenko, Sidorçuk (Pixalyonok, 46), Tımçik - Zubkov (Mudrik, 72), Yaremçuk (Dovbik, 67), Tsqankov (Yarmolenko, 6)

Bu gün saat 21.45-də İrlandiya Şotlandiya ilə qarşılaşacaq. Sentyabrın 27-də Polşada Ukrayna yığması Şotlandiyanı qəbul edəcək, həmin gün İrlandiya Ermənistanla qarşılaşacaq. Bu, Millətlər Liqasının cari püşkatmasının sonuncu turu olacaq.

Hazırda A Divizionunun 1-ci qrupunda vəziyyət belədir: Ukrayna - 10 xal (5 oyun), Şotlandiya - 9 (4), İrlandiya - 4 (4), Ermənistan - 3 (5).

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »