Rusiya ona qarşı tətbiq edilən sanksiyalardan türk bankları və iqtisadiyyatı vasitəsi ilə yayınmır, bu iddiaların heç bir əsası yoxdur.
APA-nın verdiyi xəbərə görə, bu barədə, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “NTV“ kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, “Mir” kartları rusiyalı turistlərin Türkiyədə ödəmə etdiyi bir kartdır.
Kalın əlavə edib ki, sanksiyalar pozulubsa bunun dəlili olmalıdır.