Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda kütləvi etirazlar fonunda hökumətə dəstək mitinqləri keçirilib
İranda kütləvi etirazlar fonunda hökumətə dəstək mitinqləri keçirilib

İranlı əks etirazçılar, təxminən bir həftəlik hökumət əleyhinə etirazlar və əxlaq polisi tərəfindən saxlanılan gənc qadının ölümü ilə bağlı iğtişaşlardan sonra hakimiyyətə dəstək nümayişi üçün cümə günü ölkə daxilində toplaşıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.

Paytaxt Tehranda İran bayraqlarını dalğalandırdıqları mitinqdə bir neçə min adam iştirak edib, digər şəhərlərdə də oxşar nümayişlər keçirilib. Hökumət dəstək nümayişlərinin kortəbii olduğunu iddia etdi.

Hökumətyönlü nümayişçilər Amerika və İsrail əleyhinə şüarlar səsləndiriblər.

Dövlət televiziyası isə bu həftə baş verən iğtişaşlar nəticəsində ölənlərin sayının 26-ya çata biləcəyini irəli sürüb. 2019-cu ildən bəri hökumət əleyhinə etirazçılar və təhlükəsizlik qüvvələri bir neçə böyük şəhərdə toqquşub, hüquq müdafiəçiləri dövlətin nəzarətində olan benzin qiymətlərinin artırılmasına qarşı nümayişlər zamanı yüzlərlə insanın öldürüldüyünü söyləydib.

İran həmçinin internetə çıxışı kəsib, "Instagram" və "WhatsApp" kimi mitinqlər təşkil etmək üçün istifadə edilən məşhur platformalarda məhdudiyyətləri gücləndirib.

"Rəhbərliyin iranlı qadınlara güzəştlər təklif etməsi perspektivi minimaldır. Çox güman ki, İran liderlərinin soyuq hesablamalarına görə, etirazların gözləniləndən artıq, həmçinin uzunmüddətli olmasına görə, etirazçıların kifayət qədər irəli getdiklərini və iğtişaşları yatırmaq üçün daha güclü cavab tədbiri tələb olunduğunu düşünülür", - deyə hüquq müdafiəçiləri qeyd eiblər.

Sosial şəbəkələrdə yayılan videolarda Tehranda nümayişçilərin polis avtomobilini yandıraraq yaxın məsafədən məmurlarla qarşı-qarşıya qalması göstərilir. Paytaxtın başqa yerlərindəki videolarda silah səslərinin eşidilməsi göstərilib.

Qadir Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »