Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya ordusunun real itkiləri ölü və yaralı olaraq 100 mindən çoxdur"
"Rusiya ordusunun real itkiləri ölü və yaralı olaraq 100 mindən çoxdur"

Ukraynaya genişmiqyaslı hücumun başlanğıcından bəri Rusiya ordusunun şəxsi heyətinin ümumi döyüş itkiləri 100 mindən çox ölü və yaralanıb, Aleksandr Musienko deyir.

Bizimyol.info xəbər verir ki, bu rəqəmi "Associated Press"ə siyasi məsləhətçi, Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko verib.

Onun sözlərinə görə, Rusiya ordusunun Ukraynadakı itkiləri kifayət qədər əhəmiyyətli saydadır.

"Həqiqi itkilər doğurdan da kifayət qədər əhəmiyyətlidir, rəqəmlər həqiqətən sarsıdıcıdır.  Bunun necə baş verdiyini anlamaq üçün zaman lazımdır. Fevralın 24-də, Rusiya qoşunlarının Ukraynaya bir neçə istiqamətdə aqressiv tammiqyaslı işğalı zamanı onların kontingenti müxtəlif hesablamalara görə 160 - 175 minə qədər hərbi qulluqçu təşkil edirdi. Onların qalıqları hələ də Ukraynada döyüşürlər. Onsuz da onlarda kadr çatışmazlığı var, tükəniblər, amma hələ də buradadırlar", - deyə ekspert bildirib.

Ekspertin fikrincə, bu 175 min əsgər o dövrdə Rusiya ordusunun ən bacarıqlı qanadı idi: "Yəni onlar müqaviləli əsgərlərdən, çağırışçılardan, "Vaqner" özəl hərbi şirkətinin muzdlularından, həqiqətən təlim keçmiş və döyüş əməliyyatlarında iştirak etmək təcrübəsinə malik muzdluların ən çox öyrədilmiş bölmələr idi. Onlar əlbəttə daha ciddi döyüş bölməsi idi", - Musienko deyir. .

Lakin ekspertin sözlərinə görə, o qurup belə Ukraynada məğlubiyyətə uğramaqda davam edir: “Ümumilikdə deyə bilərik ki, şəxsi heyətin ölən, yaralanan və ya itkin düşən Rusiya qoşunlarının itkisi 100 mindən çox ola bilər. Növbəti gördüyümüz o oldu ki, döyüş əməliyyatlarının aparılması mərhələsində Rusiya qoşunlarında fevralın 24-də başladıqları tərkib çatışmırdı və o, daim yenilənirdi. Belə bir yeniləmə, Rusiya qüvvələriKiyevdən, Çerniqovdan geri çəkilən may-iyun aylarında idi, bu yaxınlarda - köçürülən 3-cü Ordu Korpusu idi. Həm də bu cür əlavə qüvvə  Liqa və ya Vaqner PVK-nın muzdluları vasitəsilə verilirdi. Və bu cür bərpa Rusiyada hələ də baş verən gizli səfərbərliyə görə idi”, - Musienko deyir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, sentyabrın 23-nə olan məlumata görə, düşmənin şəxsi heyəti arasında ümumi döyüş itkiləri 56 060 nəfərə yaxındır. Məlumat dəqiqləşdirilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »