Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda nümayişlər böyüyür: Qalmaqal analogiyası
İranda nümayişlər böyüyür: Qalmaqal analogiyası

İranda 22 yaşlı yaşlı gənc qadının həyatını itirməsindən sonra başlayan nümayişlər artıq atıncı gününə keçir və küçə qarşıdurmalarında ölənlərin sayı artmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, İranda 22 yaşlı Məhsa Əmini keçən həftə Tehranda əxlaq polisi tərəfindən həbs olunduqdan sonra ölüb. Ölümündən sonra paytaxt Tehran da daxil olmaqla ölkə boyu etirazlar başlayıb.

Nümayişlərin 6-cı günü geridə qalarkən, qeyri-hökumət təşkilatları ən azı 31 nəfərin həyatını itirdiyini açıqlayıb.

Əmininin atası isə dünyasını dəyişən qızının səhhətində heç bir problem olmadığını, qızının həbsdə olarkən ayaqlarında əzilmələr olduğunu və qızının ölümündə polisi günahlandırdığını bildirib. O, əxlaq polisinin gənc qızla pis rəftar etdiyini iddia edib.

Şənbə günü həbsdə ölən gənc qızın dəfnindən sonra şiddətli nümayişlər bütün ölkəyə yayılıb.

Ayətullah Əli Xamneyinin baş müşaviri bu həftə Ali liderin bu hadisədən təsirləndiyini ifadə edərək, Əmininin ailəsinə başsağlığı verib və kədərləndiyini bildirib. O, bildirib ki, hadisə xüsusi nəzarətə götürüləcək və izlənəcək.

Ayətulla Seyid Əli Xamneyi Ayətulla Seyid Əli Xamneyi

Əlavə edək ki, rəsmi İRNA xəbər agentliyi dünən Şirazın cənubunda bir “polis köməkçisi”nin aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirib.

Kirmanşah bölgəsində şəhər prokurorunun açıqlamasına görə isə dünən baş verən qarşıdurmalarda iki nəfər ölüb.

Qeyd edək ki, ölkə daxilində baş tutan nümayişlərdə əksəriyyəti qadınlardan ibarət olan nümayişçilər baş örtülərini havada yelləyərək yandırıb, saçlarını kəsiblər.

Aksiyalardan olan görüntülərdə, Tehran Universitetində yüzlərlə nümayişçinin "diktatora ölüm" şüarları səsləndirdiyi əks olunub, lakin Reuters xəbər agentliyi hələ də videonun düzgünlüyünü təsdiqləməyib.

Ölkədə bu hadisələr cərəyan edərkən İran İnqilab Keşikçiləri Korpusundan çox sərt açıqlama gəlib. İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən verilən açıqlamada nümayişlərin sui-qəsdçilər tərəfindən həyata keçirildiyi və bu nümayişlərin arxasında həm ölkə daxilində, həm də xaricdə olan ünsürlərin olduğu bildirilib.

“İran İslam Dövlətinin tarixi xarici düşmənlərlə birgə hərəkət edən daxili fürsətçilərlə doludur. Bu düşmənlər İrana hücum etmək üçün hər fürsətdən istifadə ediblər", - deyə bəyanatda deyilir.

İran İnqilab Keşikçiləri də nümayişçilərə “İŞİD kimi” münasibət bildirərək, “Qadının ölümü ilə bağlı yalan, qərəzli iddialar var və İran xalqına qarşı psixoloji əməliyyat aparılır” deyib.

İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən verilən açıqlamada İran xalqına da dəstəyə görə təşəkkür edilib və Əmininin ailəsinə, yaxınlarına başsağlığı verilib.

Nümayişlərin artması ilə ölkədə internet kəsilməsi və sosial mediaya giriş məhdudiyyətləri məhdudiyyətləri tətbiq edilib.

ABŞ -da yerləşən mesajlaşma tətbiqi WhatsApp-dan bununla bağlı diqqətəlayiq bir açıqlama edilib: “İrandakı istifadəçiləri dünya ilə əlaqələndirmək üçün səylərimizi davam etdiririk. Biz sosial platformalara girişi təmin etmək üçün texniki imkanlarımızı anlamağa çalışırıq”.

Şirkət həmçinin İranda telefon nömrələrinin bloklanması ilə bağlı iddiaları da təkzib edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »