Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhlükəli referendum gedişi bu gün başlayır - Lavrov BMT-nin iclasını tərk etdi
Təhlükəli referendum gedişi bu gün başlayır - Lavrov BMT-nin iclasını tərk etdi

 Aylardır dünyanı ayaqda saxlayan Rusiya və Ukrayna müharibəsində dönüş nöqtəsi olacaq referendumlar bu gün başlayır. 2014-cü ildə Krımın ilhaqına bənzər prosesə gətirib çıxara biləcək bu addımı müdafiə edən Lavrovun BMT Təhlükəsizlik Şurasındakı çıxışı və ondan sonra baş verənlər gündəmə bomba kimi düşüb.

Bizimyol.info xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında iştirak etmək üçün gəldiyi ABŞ-ın Nyu-York şəhərində ikitərəfli görüşlər keçirən Rusiya xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasında çıxış edib. Ukraynaya qarşı qəbul etdikləri qərarlara və onlara qarşı ittihamlara cavab verən Lavrov Kiyev rəhbərliyinin mülki məntəqələrə silah yerləşdirdiyini iddia edib.

Ukraynanın Donbass bölgəsində çoxlu hərbi cinayətlər qeydə alındığını iddia edən Lavrov, "2014-cü ildən bəri Kiyev rejiminin müntəzəm olaraq törətdiyi cinayət əməllərinə dair əlimizdə çoxlu sübutlar var. Rusiya hüquq-mühafizə orqanları Donetsk və Luqansk Xalqından olan həmkarları ilə işləyir. Onları birlikdə və diqqətlə qeyd edərək araşdırır”,-deyə bildirib.

Çıxışı boyu Ukraynaya qarşı ittihamlarını davam etdirən Lavrov, "Ukraynanın nəhayət, beynəlxalq humanitar hüquq normalarının cəzasız olaraq pozulduğu totalitar bir dövlətə çevrildiyinə heç bir şübhəmiz yoxdur",-deyə əlavə edib.

Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində Rusiya ərazisinə qoşulmaq üçün qəbul edilən referendum qərarlarının bölgə sakinlərinin iradəsinə əsaslandığını misalla izah edən Lavrov, xalqın əslində Zelenskiyə bu qərarla cavab verdiyini deyib: “Mənə elə gəlir ki, Ukrayna sakinlərinin bəzilərinin referendum keçirməyə razılıq verdikləri qərarlar onun (Zelenski) xahişinə cavabdır”.

Lavrov iddia edib ki, Ukrayna və onun müttəfiqləri “Rusiyanın təcavüzü ilə bağlı bizə tamamilə fərqli rəvayətlər tətbiq etməyə” çalışırlar.

Bildirilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı və onun qərb müttəfiqlərini ittiham etdikdən sonra BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib.

Qeyd edək ki, bu, Lavrovun mühüm görüşü ilk dəfə tərk etməsi deyil.

Rusiyalı nazir müharibə başlayandan bəri qatıldığı bir çox beynəlxalq görüşlərdə mübahisə edərək zalı belə tərk edib.

Onu da əlavə edək ki, Lavrovdan sonra şura iclasında çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Ceyms deyib ki, Böyük Britaniya Ukraynanı sona qədər və lazım olduğu müddətdə dəstəkləyəcək.

Britaniyalı nazir Rusiyanın “günahı sanksiyaları tətbiq edənlərin üzərinə atmağa” çalışdığını və Rusiyanın işğalının dağıdıcı nəticələrinin hər keçən gün daha aydın göründüyünü bildirib.

Ceyms Cleverly Lavrov haqqında bunları söyləyib:

“O, otağı tərk etdi, təəccüblənmədim. Düşünmürəm ki, cənab Lavrov bu şuranın kollektiv qınağını eşitmək istəyir”.

Əlavə edək ki, NATO-nun verdiyi yazılı açıqlamada Rusiyanın Ukraynada keçirəcəyini açıqladığı qondarma referendumu pisləyərək, “Rusiya Federasiyasının iştirakına dair qondarma referendumun keçirilməsi planını ən sərt şəkildə qınayırıq”,-deyə qeyd edilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »